Icma.az
close
up
RU
Üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalanması milli iftixar mənbəyimizdir Deputat

Üçrəngli bayrağımızın Qarabağ və Şərqi Zəngəzurda əzəmətlə dalğalanması milli iftixar mənbəyimizdir Deputat

Icma.az, Unikal.az saytına istinadən bildirir.

9 Noyabr – Dövlət Bayrağı Günü müstəqil dövlətimizin milli rəmzinə olan dərin hörmətin və ehtiramın təcəssümüdür. Bu əlamətdar tarix Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla təsbit olunmuş və hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Əmək Məcəlləsinə əsasən, bu gün ölkədə qeyri-iş günü hesab olunur. 
Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında qəbul edilən bayraq istiqlalın, milli birliyin və dövlət quruculuğunun simvoluna çevrildi. Cümhuriyyətin süqutuna qədər – 1920-ci ilin aprel ayınadək bu bayraq xalqımızın azadlıq ideallarını nümayiş etdirən müqəddəs rəmz kimi dalğalandı.
Bayrağımızın rəngləri – mavi, qırmızı və yaşıl milli kimliyimizin dərin ideoloji mənasını ifadə edir. Bu konsepsiyanın müəllifi görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə olmuşdur. O, “Türkçülük, müasirlik və islamçılıq” düsturunda xalqın tarixi kökləri, mədəni dəyərləri və müasir dünyaya açıq baxışını ifadə etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sessiyasında yenidən qaldırıldı. Həmin tarixi qərarla üçrəngli bayraq Naxçıvan MR-in Dövlət Bayrağı elan edildi. Bu təşəbbüs milli dövlətçilik ənənələrinin bərpası istiqamətində dönüş nöqtəsi oldu.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edilmiş və üçrəngli bayraq yenidən dövlət rəmzi statusu qazanmışdır. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini – bayrağını, gerbini və himnini bərpa etdi. Beləcə, üçrəngli bayraq müstəqilliyimizin ayrılmaz atributuna çevrildi. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Sözügedən Qanunla Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir. 
Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması qərara alındı. 2010-cu ilin sentyabrında açılışı keçirilən bu möhtəşəm məkan milli rəmzlərə hörmətin simvoluna çevrildi. Meydanda yaradılan Dövlət Bayrağı Muzeyində Azərbaycanın müxtəlif dövrlərə aid bayraqları, dövlətçilik tarixini əks etdirən yüzlərlə eksponat nümayiş olunur. 
Dövlət bayrağının təsviri Konstitusiyanın 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” 2018-ci il 2 noyabr tarixli Konstitusiya Qanunu ilə tənzimlənir. 
2020-ci ilin 44 günlük Vətən müharibəsi həm Azərbaycanın ərazi bütövlüyünün bərpası, həm də üçrəngli bayrağımızın yenidən doğma torpaqlarda qürurla dalğalanması ilə tarixə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı tarixi Zəfər nəticəsində dövlət bayrağı Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş şəhərlərdə qürurla dalğalanır.
2024-cü ilin noyabrında yenidən təmir-bərpa işlərindən sonra istifadəyə verilən Dövlət Bayrağı Meydanında dünyanın ən böyük bayrağı qaldırıldı. Dövlətimizin başçısı İlham Əliyev həmin gün Dövlət Bayrağını şəxsən qaldıraraq, bu rəmzin müstəqil dövlətimizin əbədi yaşar nişanəsi olduğunu bir daha nümayiş etdirdi. Muzeydə yaradılmış “Zəfər qalereyası”nda 44 günlük Vətən müharibəsinə və azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağa həsr edilmiş ekspozisiyalar xüsusi yer tutur.
Dövlət başçısının Zəfərdən dərhal sonra etdiyi səfərlər zamanı azad edilmiş torpaqlarda üçrəngli bayrağın qaldırılması müstəqilliyimizin və milli birliyimizin təntənəsinə çevrildi. Üçrəngli bayrağımız “azərbaycançılıq” ideologiyasının ayrılmaz hissəsidir. Bu bayraq yalnız dövlət rəmzi deyil, həm də milli birliyimizin, həmrəyliyimizin və Vətənə sədaqətimizin göstəricisidir. Prezident İlham Əliyev bu məfkurəni belə ifadə etmişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Həmin fikirlər üçrəngli bayrağımızın mənəvi dəyərini, onun xalqın qəlbindəki yerini və milli ruhumuzu birləşdirən gücünü aydın şəkildə ifadə edir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Noyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri