Icma.az
close
up
RU
“Rusiya Ukrayna müharibəsində sülh perspektivi görünmür” HƏRBİ EKSPERT

“Rusiya Ukrayna müharibəsində sülh perspektivi görünmür” HƏRBİ EKSPERT

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Rusiya-Ukrayna cəbhəsində sabitlik və ya sakitlik gözləmək hazırda real görünmür. ABŞ prezidenti bir sıra təkliflər verməsinə baxmayaraq, Rusiya tərəfi danışıqlardan imtina etməmək şərtilə döyüşlərin dayandırılmasına və humanitar atəşkəsin elan olunmasına razılıq verməyib”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi eskpert Ədalət Verdiyev deyib.

Ekspertin fikrincə, Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqları barədə verdiyi bəyanatlar formal xarakter daşıyır:

“Nəticədə, bu danışıqlar 3 ildən artıq, dəqiq desək 3 il 8 aydır ki, heç bir nəticə verməyib. Belə vəziyyətdə sülh, atəşkəs və digər humanitar təşəbbüslər barədə danışmaq faktlarla dəstəklənməyən boş bəyanat kimi qiymətləndirilə bilər.

Rusiyanın verdiyi bəyanatlar göstərir ki, müharibənin yaxın perspektivdə dayandırılması mümkün olmayacaq. Əksinə, Rusiya Ukraynaya yardım edən ölkələrin ərazilərinə müdaxiləni daha da intensivləşdirir.

Başqa sözlə, bu, o deməkdir ki, siz əlinizdəki silahları özünüz üçün saxlayın və Ukraynaya yardım etməkdən çəkinin — Ukraynaya yardım edən hər kəs müharibənin ağrı-acısını öz üzərində hiss edəcək. Bu yanaşma ABŞ üçün qəbuledilməzdir”.

Ədalət Verdiyev bildirib ki, ABŞ Avropanı Rusiya ilə əlaqələrdə tənqid etsə də, Rusiyanın hərəkətləri ABŞ-ın da strateji maraqlarına ciddi zərbə vurmağa çalışır:

“Trampın konkret prioritetləri var və onun təkliflərinin havada qalmasından narazıdır. Ən azı digər münaqişələrdə olduğu kimi, Ukrayna—Rusiya münaqişəsində də tam həll olmasa belə, atəşkəsin təmin olunması, danışıqların başlaması, tərəflərin eyni masa ətrafında oturaraq günahsız insanların ölümünü dayandırmaq üçün ortaq məxrəc axtarması lazım idi. Buna mane olan tək səbəb Rusiya hərb maşınının qəddar və zalım davranışları, mülki insanlara və infrastruktura qarşı törədilən zorakılıqlardır. Bunun başqa adı yoxdur. Bu müharibənin adı işğalçılıq müharibəsidir. Əgər Ukrayna işğalla barışmaq istəmirsə, Rusiya da işğaldan əl çəkmək istəmirsə, ortaq məxrəc tapmaq yalnız bəyanatlarla mümkün olmayacaq, danışıqlar da problemi həll edə bilməyəcək”.

Ekspert hesab edir ki, müharibənin başa çatması üçün isə yalnız iki şərt mövcuddur:

“Əgər bu münaqişə tərəflərindən biri Rusiyadırsa, digər tərəf fərqli olsaydı, burada daha çox variantı nəzərdən keçirmək mümkün olardı.

Müharibənin gələcəyinə dair iki əsas ssenari mövcuddur. Birinci variantda Rusiya ciddi müqavimət və böyük itkilərlə qarşılaşaraq geri addım atmalı və müharibəni dayandırmalıdır. İkinci variantda isə hər hansı münaqişənin başa çatması üçün tərəflərdən biri məğlub olmalıdır.

Hazırda Rusiyanın məğlub olmasından danışmaq mümkün deyil. Qərb Ukrayna tərəfini dəstəkləsə də, bu dəstək uzun müzakirələr, razılaşmalar, kadr hazırlığı və məhdud silah təminatı ilə həyata keçirilir. Müharibə Ukrayna ərazisində davam etdiyi üçün ən böyük itkilərə də Ukrayna məruz qalır. Bu səbəbdən, hazırda müharibənin yaxın perspektivdə başa çatması üçün heç bir real səbəb yoxdur”.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri