Rusiya: Ukrayna ordusu Zaporojya Atom Elektrik Stansiyasına hücum edib
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Rusiya Müdafiə Nazirliyi ötən gün Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə Zaporojya Atom Elektrik Stansiyasına hücum etdiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynanın yanvarın 5-də “fəlakətli təhlükə yaratmaq məqsədilə” Zaporojya Atom Elektrik Stansiyasına təxribat xarakterli hücumlar həyata keçirdiyi bildirilib.
Açıqlamada bildirilir ki, vurulan PUA-lardan biri stansiyanın təlim mərkəzinin damında partlayaraq yanıb:
“Stansiyada can itkisi və dağıntı olmayıb. Radiasiya vəziyyəti normaldır elektrik stansiyası həmişəki kimi işləməyə davam edir”,-deyə bildirilib.
2022-ci ilin martında Rusiyanın nəzarətinə keçən Zaporojya Atom Elektrik Stansiyasının ətrafında artilleriya və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilərkən, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















