Icma.az
close
up
RU
Rusiya Ukrayna şəhərlərinə 100 PUA ilə hücum etdi Həlak olanlar və yaralananlar var

Rusiya Ukrayna şəhərlərinə 100 PUA ilə hücum etdi Həlak olanlar və yaralananlar var

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

İyun ayının 24-də Rusiya ordusu Ukraynanın bir neçə şəhərinə genişmiqyaslı hava hücumları təşkil edib.

Səhər saatlarında Dnepr şəhəri ballistik raketlə vurulub. Şəhər üzərində tüstü və yanğın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hələlik rəsmi olaraq ölən və ya yaralananlar barədə dəqiq məlumat verilməyib.

Gecə saatlarında isə Sumi vilayətinin Verxnıesırovatsk kəndi pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alınıb. Nəticədə 3 nəfər, o cümlədən 8 yaşlı uşaq həlak olub, 6 nəfər yaralanıb. Təxminən 30 evin dağıldığı və ya zədələndiyi bildirilir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində ölkə ərazisinə 100-ə yaxın PUA buraxılıb.

Eyni gün Xerson şəhəri də artilleriya atəşinə tutulub. Nəticədə 4 nəfər xəsarət alıb.

Bundan əvvəl, iyunun 23-də Kiyevə raket zərbəsi endirilmişdi. Hücum nəticəsində 9 nəfər həlak olmuşdu, onların arasında 11 yaşlı qız uşağı da var. 30-dan çox insan müxtəlif dərəcəli xəsarət alıb. Axşam saatlarında axtarış-xilasetmə işləri başa çatdırılıb.

Rusiya ordusunun son günlərdə raket və PUA hücumlarını intensivləşdirməsi, xüsusilə mülki əhali və uşaqlar arasında qurbanların artması, müharibənin daha qəddar xarakter aldığını göstərir. Yaşayış məntəqələrinin hədəfə alınması Moskvanın psixoloji və infrastruktur terrorunu artırmaq taktikasının tərkib hissəsi kimi qiymətləndirilir.

Ukrayna cavab olaraq bəzi Rusiya hərbi obyektlərini vurduğunu açıqlasa da, hücumların intensivliyi və miqyası hələ də Moskvanın üstünlüyünü göstərir.

Bu fonunda Qərbin Ukraynaya əlavə hərbi yardım, xüsusilə uzaqmənzilli silahlar və hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsi yenidən gündəmə gəlib.

Rasim Əliyev 

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri