Rusiya hücumları: Ukraynada bir gündə 6 nəfər öldü
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sutka ərzində Rusiyanın Ukraynanın bir neçə rayonuna hücumları zamanı altı nəfər həlak olub, onlarla insan yaralanıb.
Axar.az xəbər verir ki, Donetsk vilayətinin Kramatorsk şəhərində çoxmərtəbəli binaya aviabombanın düşməsi nəticəsində biri yeniyetmə olmaqla, üç nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.
Zaporojyeyə zərbə zamanı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Zareçnoye qəsəbəsində fərdi ev və qeyri-yaşayış binası dağılıb, yanğın baş verib.
Xersonun Korabelnı rayonunda Rusiya pilotsuz uçuş aparatının zərbəsi bir qadının həyatına son qoyub, bir kişi isə ağır yaralanıb.
Nikolayev rayonunun Voskresensk icmasında hücum və pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində 13 yaşlı qız həlak olub, yeddisi 10-16 yaşlı yeniyetmə olmaqla, 9 nəfər xəsarət alıb. Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Xarkovun Xolodnoqorsk rayonuna pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr zamanı iki nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 29 Mart 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















