Icma.az
close
up
RU
Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə alır?

Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə alır?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər regionda bir-birini ardınca baş verən hadisələr – Ukrayna–Polşa dəmir yolu xəttinin partladılması, İzmail limanında Türkiyəyə məxsus gəminin Rusiya hücumu nəticəsində zərər görməsi və bundan cəmi bir neçə gün əvvəl Kiyevə endirilən raket zərbəsi ilə Azərbaycanın səfirliyinin ziyan çəkməsi – müharibənin coğrafiyasından kənara sızan daha mürəkkəb bir dinamikanın xəbərçisi kimi görünür. Bu zərbələrin ardıcıllığı, təsadüfi hərbi fəsadlardan çox, regiona yönəlmiş siyasi-psixoloji siqnalların konturları haqqında düşünməyə vadar edir. Məsələlər həm Rusiya–NATO qarşıdurmasının dərinləşən xəttində, həm də Ukrayna cəbhəsində dəyişən hərbi balans fonunda yeni suallar yaradır: Moskva güc nümayiş etdirir, yoxsa bu, genişlənən müharibənin qaçılmaz dalğalanmalarıdır?

Moderator.az-a danışan “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Abutalıb Səmədov bildirib ki, Rusiyanın Ukrayna müharibəsində atdığı addımlar təsadüfi deyil. Onun sözlərinə görə, Moskvanın hər bir addımı yeni ərazilər işğal etməyə, Ukraynanın gücünü və dəstəyini zəiflətməyə yönəlib:

“Rəsmi Kreml yaxşı anlayır ki, vaxt daralır. ABŞ və Qərb müharibənin uzanması halında Rusiyaya təzyiqləri artırmaq məcburiyyətində qalacaq. Eyni zamanda, Ukrayna da daha ciddi yardımlar almaq zərurəti ilə üzləşə bilər. Bu müddət ərzində isə Rusiya mümkün qədər çox ərazi işğal etməklə Ukraynanı öz şərtlərini qəbul etməyə məcbur etmək istəyir.

Son dövrlərdə Rusiyanın mövqeyində müəyyən yumşalmalar da müşahidə olunur. Əvvəl Rusiya Ukraynanın dörd vilayətini inzibati sərhədləri ilə birlikdə tələb edirdisə, indi yalnız Donetsk və Luqansk vilayətlərini tələb edir. Zaporoji və Xersonla bağlı isə güzəştlərə hazır olduğunu bəyan edib. Bu, Rusiyanın iqtisadiyyatının ciddi zərər gördüyünü və müharibəni uzun müddət davam etdirməyin çətin olduğunu qəbul etdiyini göstərir.

Rusiya bir tərəfdən Ukraynanın infrastrukturunu sıradan çıxarır, digər tərəfdən isə Avropada Ukraynaya yardım əleyhinə olan dövlətlər birliyini gücləndirməyə çalışır. Son seçkilərdə isə Ukraynaya yardımın əleyhinə olan şəxslərin müəyyən qədər qalib gəlməsindən maksimum yararlanmağa çalışır”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri