Icma.az
close
up
RU
Rusiya Ukraynanın bərpasında iştirak edə bilər

Rusiya Ukraynanın bərpasında iştirak edə bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya dondurulmuş aktivlərindən 300 milyard dolları Ukrayna münaqişəsinin tənzimlənməsinə yönəltməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin məlumatına görə, Rusiya Avropada dondurulmuş aktivlərindən 300 milyard dolları bir qisminin Moskvanın nəzarətində olan beşdə bir hissəsinə sərf olunması şərtilə Ukraynanın bərpasına xərcləməyə razı olacaq.

Qeyd olunur ki, Rusiya və ABŞ nümayəndə heyəti fevralın 18-də Səudiyyə Ərəbistanında Ukraynayla bağlı üz-üzə görüş keçirib. Həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putin tezliklə ikitərəfli görüşə ümid etdiklərini dilə gətiriblər.

Rusiya 2022-ci ildə Ukraynaya qoşun yeritdiyi zaman ABŞ və onun müttəfiqləri Rusiyanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi ilə hər hansı bir əməliyyatların icra edilməsini qadağan edib. Bununla da Rusiyanın 300-350 milyard dollarlıq aktivləri dondurulub.

Agentliyin qeyd etdiyinə görə, hələ ki Rusiya və ABŞ danışıqları ilkin mərhələdə olduğundan Moskvada belə bir fikir gəzir ki, Rusiya sülh danışıqları çərçivəsində dondurulmuş aktivlərindən Ukraynanın bərpasında istifadə edilməsini təklif etsin.
Ukraynanın şərqi müharibə səbəbindən tamamilə dağılıb, hər iki tərəfdən yüz minlərlə hərbçi ölüb və ya yaralanıb, milyonlarla ukraynalı Avropa ölkələrinə gedib.

Bir il əvvəl Dünya Bankı Ukraynanın bərpa və yenidənqurulmasının 486 milyard dollara başa gələcəyini demişdi. “Reuters”in mənbələri məsələnin həssaslığını nəzərə alaraq anonimliyin qorunması şərtilə agentliyə məlumat veriblər. Qeyd olunub ki, bunlar sadəcə ilkin müzakirələrdir. Kreml bu barədə açıqlama verməyib. Rusiyanın Ukraynanın bərpasında iştirak edə biləcəyi barədə məlumat da daha əvvəl müzakirə edilməyib və Moskva ilə Vaşinqtonun bu müharibəyə son qoyma cəhdlərini, Trampın ABŞ-ın Ukrayna faydalı qazıntılarına kompensasiya qismində sahib olmaq niyyətini də nəzərə alaraq, Rusiyanın hansı güzəştlərə gedə biləcəyini təsəvvür etmək çətin deyil.

Agentliyin iddiasına görə, Rusiyanın əsas şərti Kiyev hərbçilərinin Moskvanın iddia etdiyi ərazilərdən çıxarılması və Ukraynanın NATO-ya üzv olmaq sevdasından ək çəkməsidir. Ukrayna tələb edir ki, Rusiya onun ərazilərindən çəkilsin və Qərbdən təhlükəsizlik zəmanəti verilsin. Tramp administrasiyası isə onun istəklərini qeyri-real və “xəyali məqsədlər” adlandırır.

“Reuters” Səudiyyə Ərəbistanında baş tutan Rusiya-ABŞ nümayəndə heyətlərinin görüşü zamanı Rusiyanın aktivlərinin müzakirə edilib-edilmədiyini dəqiqləşdirə bilməyib. 2023-cü ildə “Böyük yeddilik” bildirib ki, Rusiyanın suveren fondları onun Ukraynaya vurduğu zərərin təzminatını ödəyənə qədər dondurulmuş olaraq qalacaq. Tramp isə Rusiyanın “Böyük yeddiliyə” qayıtmasını istəyir.

Rusiya Mərkəzi Bankının sədri Elvira Naibullina bankın sanksiyaların və ya Rusiya resurslarının dondurulmasının aradan qaldırılması barədə heç bir müzakirələrdə iştirak etmədiyini deyib.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri