Icma.az
close
up
RU
Rusiya Ukraynanın əksər şəhərlərinə havadan zərbələr endiridi Çoxlu sayda yaralı və böyük miqyasda dağıntılar var

Rusiya Ukraynanın əksər şəhərlərinə havadan zərbələr endiridi Çoxlu sayda yaralı və böyük miqyasda dağıntılar var

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya ordusu çərşənbə axşamı səhər saatlarında hava bombalarından istifadə etməklə Zaporojye şəhərinə hücum edib.

“AzPolitika” xəbər verir ki, zərbələr nəticəsində 1 nəfər 69 yaşlı qadın həlak olub. Vilayət administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, hücumda yaralananların sayı üçü uşaq olmaqla 22-yə çatıb. Zərərçəkənlərin çoxu xəstəxanaya yerləşdirilib.

Gün ərzində Xarkov şəhərinə də genişmiqyaslı dron hücumuna məruz qalıb. Xilasetmə xidmətinin ilkin məlumatına görə, 8 nəfər xəsarət alıb. Şəhərdə yanğınlar baş verib: fərdi yaşayış evi, anbar, yardımçı tikililər, avtomobillər, quru otluq ərazi alovlanıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rusiya hərbçiləri Xarkov və şəhərətrafı ərazilərdə 14 “Şahed” tipli pilotsuz uçan aparat atıblar.

Çərşənbə axşamı, aprelin 22-nə keçən gecə Odessa şəhəri də kütləvi pilotsuz təyyarə hücumuna məruz qalıb. Bu barədə meriya və vilayət hərbi idarəsi məlumat yayıb. İlkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanları həmçinin şəhərdə mülki infrastruktura, yaşayış binalarına, təhsil müəssisəsinə və avtomobillərə ziyan dəydiyini açıqlayıb. Mer Gennadi Truxanov yazıb ki, pilotsuz uçuş aparatlarından biri əhalinin sıx məskunlaşdığı ərazidəki yaşayış binasına düşüb və orada çoxlu mənzillər zədələnib.

Kiyev vilayətinin səlahiyyətliləri də gecə pilotsuz təyyarə hücumunun nəticələri barədə məlumat veriblər.

“Bölgədə hava hücumundan müdafiə qüvvələri fəaliyyət göstərib, hədəflər vurulub, heç kim xəsarət almayıb və heç bir kritik infrastruktur obyektinə zərbə endirməyib”, - regional hərbi administrasiyanın bəyanatında deyilir.

Həmçinin bildirilib ki, səhər saatlarında Rusiya ordusu yenidən Ukrayna ərazisinə pilotsuz təyyarələrlə endirib. Bir sıra regionlarda hava hücumu ilə bağlı həyəcan siqnalı elan edilib. Ukrayna Silahlı Qüvvələri xüsusilə Sumı, Çerniqov və Xarkov vilayətləri istiqamətində pilotsuz təyyarələrin buraxılması barədə məlumat yayıb. Poltava vilayətində bir neçə pilotsuz təyyarə qrupu görüntülənib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri