Rusiya Ukraynaya kütləvi zərbə endirdi: 8 ölü, onlarla yaralı
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında həyata keçirdiyi kütləvi raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində ölkə üzrə azı 8 nəfərin həlak olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə "Facebook" hesabında paylaşım edib.
Prezident bildirib ki, Rusiyanın hücumları zamanı Ukrayna ərazisinə 70-dən çox raket və 280-dən çox hücum dronu buraxılıb.
Zelenskinin sözlərinə görə, Dnepropetrovsk vilayətinin Raduşnoye şəhərində ballistik raketin yaşayış binasına düşməsi nəticəsində bir valideyn və üç uşaq həyatını itirib. Dağıntılar altından isə daha iki uşaq sağ çıxarılıb.
"Ballistik raket adi yaşayış binasını tamamilə dağıdıb. Lvovda da raket zərbəsinə məruz qalan binada dağıntıların təmizlənməsi və insanların axtarışı davam edir. Hazırda ölkə üzrə ümumilikdə səkkiz nəfərin öldüyü məlumdur. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", – deyə Zelenski qeyd edib.
Prezident əlavə edib ki, hücumlar nəticəsində onlarla insan yaralanıb, zərərçəkənlərin hamısına tibbi yardım göstərilir. O bildirib ki, xilasetmə və digər aidiyyəti xidmətlər hadisə yerlərində fəaliyyətini davam etdirir.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:176
Bu xəbər 30 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















