Icma.az
close
up
RU
“Santorini bir neçə santimetr yüksəlib...”

“Santorini bir neçə santimetr yüksəlib...”

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bütün adanı nə qaldıra bilərdi?

...Alimlər qrupu yeni süni intellekt modelindən istifadə edərək Santorinidə (Egey dənizindəki vulkanik ada–A.B.)

baş verən zəlzələlərin geoloji analizini apara bilib.

SİA-nın məlumatına görə, “Discover” jurnalı xəbər verir ki, tədqiqatçılar seysmik aktivliyə yaxınlıqdakı vulkanlar və onların içərisində hərəkət edən maqmanın səbəb olduğunu aşkar ediblər.

...Sıx beynəlxalq əməkdaşlıq və müxtəlif geofiziki metodların kombinasiyası sayəsində biz seysmik böhranın inkişafını demək olar ki, real vaxt rejimində izləyə və hətta iki vulkanın qarşılıqlı təsiri haqqında müəyyən məlumatlar əldə edə bildik. Bu, gələcəkdə hər iki vulkanın monitorinqini yaxşılaşdırmağa kömək edəcək.

Bunu GEOMAR-ın dəniz geofiziki Yens Karstens bildirib. Mütəxəssislərin fikrincə, Santorini yüksək geoloji aktivliyi ilə seçilən Yunanıstan vulkanik qövsünün bir hissəsidir. Bir neçə qırılma zonasının üstündə yerləşməklə yanaşı, ada həm də aktiv sualtı vulkan Kolumboya yaxındır.

Əsas silsilə zəlzələlər 2025-ci ildə baş verdi, lakin onlara "hazırlıq" hələ 2024-cü ildə başladı.

O zaman maqma qalxdı və Santorininin altındakı dayaz su anbarında məskunlaşdı. Nəticədə adanın özü bir neçə santimetr qalxıb.

Bu dəyişikliklər əhəmiyyətsiz görünə bilər, lakin maqma axınının zəncirvari reaksiyasını başlatmaq üçün kifayət idi. Adanın altındakı maqma yüksəldikcə və hərəkət etdikcə, Santorinidə zəlzələlər getdikcə tez-tez və intensiv olurdu.

...Seysmik aktivlik maqmanın Yer qabığından qalxması üçün xarakterik idi. Miqrasiya edən maqma qayaları parçalayır və cığırlar yaradır ki, bu da intensiv seysmik aktivliyə səbəb olur.

Bunu Helmholtz Yer Elmləri Mərkəzinin geofiziki Marius İsken deyir.

Zamanla maqma tədricən öz yeraltı su anbarını tərk edib. Ada əvvəlki vəziyyətinə qayıdıb və zəlzələlər dayanıb. Alimlər həmçinin Santorinidə baş verən silsilə zəlzələlər zamanı təxminən 300 milyon kubmetr maqmanın yüksəldiyini müəyyən ediblər. Daha sonra maqma okeanın dibinin altında təxminən 4000 metr dərinlikdə yerləşdi.

Nazlı Almuradova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Sentyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri