Vitse prezident: Stolüstü tennisçilərimizdən yaxşı nəticələr və qızıl medal gözləyirik
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qəbələ, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çox yüksək səviyyədə təşkil olunub. Azərbaycan Stolüstü Tennis Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə birlikdə daim bu idman növünün inkişafı üçün çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam deyib.
O, Azərbaycan təmsilçilərinin Oyunlardakı çıxışına toxunaraq deyib: “Yarışa gəlincə, idmançılarımız yüksək nəticələr göstərirlər. Bu gün gümüş medal qazandılar. Günün ikinci yarısında finala çıxan idmançılarımız oldu. Finalda yaxşı nəticələr gözləyirik. İdmançılardan razıyıq. Onur, Mərziyə, Yağmur da yaxşı çıxış edir. Bütün idmançılardan yaxşı nəticələr və qızıl medal gözləyirik”.
Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Sentyabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















