Rusiya və Azərbaycanın əsas ortaq maraqları qeyd edilib...
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
...Rusiya və Azərbaycan bütün Cənubi Qafqaz üçün vacib olan birgə iqtisadi layihələrdə maraqlıdırlar.
SİA-nın məlumatına görə, bunu Lenta.ru-ya açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RIAC) eksperti Milan Lazoviç deyib.
...Rusiya ilə Azərbaycan arasında sabit münasibətlər bütün regional dinamika və Cənubi Qafqazda iqtisadi əlaqələr üçün vacibdir, - o vurğulayıb.
Milan Lazoviçin sözlərinə görə, belə layihələr arasında Azərbaycan ərazisindən keçən və Rusiya ilə Hindistanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi fərqlənir.
Hazırda iki ölkə arasında münasibətlərdə emosiyalar üstünlük təşkil edir, lakin gələcək əməkdaşlığa ümid etmək olar, deyə ekspert yekunlaşdırıb.
Bundan əvvəl Milan Lazoviç diplomatik qalmaqalın iki ölkə arasındakı münasibətlərə təsirini proqnozlaşdırmışdı. Onun fikrincə, gələcəkdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa bir çox amillər səbəb olacaq.
Əli Babayev
Baxış sayı:112
Bu xəbər 01 İyul 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















