Icma.az
close
up
RU
Rusiya və Çindən Maska ZƏRBƏ

Rusiya və Çindən Maska ZƏRBƏ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Çin 2023-cü ildə hərbi-texniki əməkdaşlıq, kosmik silahlar, hava hücumundan müdafiə sistemləri və "Starlink" peyk şəbəkəsinə qarşı mübarizə ilə bağlı məxfi danışıqlar aparıb.

Modern.az xəbər verir ki, bu barədə "The Insider",  "Der Spiegel" və "Le Monde" nəşrlərinin birgə araşdırmasında bildirilir.

Məlumatlar 2023-cü ilin payızında Çinin Quançjou şəhərində keçirilən III Çin–Rusiya Hərbi-Texniki Əməkdaşlıq Forumunda təqdim olunan materiallara, həmçinin həmin ilin iyununda Moskvada imzalanmış ikitərəfli protokola əsaslanır.

Sənədlərdə tərəflərin kosmik silahlar, peyklərin məhv edilməsi, hava hücumundan və raketdən müdafiə sistemləri, hərbi texnika, aviasiya və qoşunların təminatı sahəsində əməkdaşlığı qeyd olunur.

Bildirilir ki, "Starlink" peyk sisteminə qarşı mübarizə üçün kiberhücumlar həyata keçirilməli, eləcə də peyklərin ucuz Çin istehsalı olan tutucu sistemlərlə fiziki məhv edilməsi təklif olunub. Bundan başqa, Çin tərəfi digər maraqlı ölkələrin də cəlb ediləcəyi “Starlink əleyhinə texniki alyans”ın yaradılmasını irəli sürüb.

Araşdırmada qeyd olunur ki, Moskvada imzalanmış protokol ABŞ-nin hipersəs və ballistik raketlərini, eləcə də manevr edən döyüş bloklarını ələ keçirmək üçün alçaq hündürlüklü hava hücumundan və raketdən müdafiə sisteminin hazırlanmasına başlanılması barədə razılaşmanı da əks etdirir. Tərəflər perspektivli HHM/REM sistemlərinin layihələndirilməsinə də başlamağı razılaşdırıblar.

Bundan əlavə, 2023-cü ildə Rusiya döyüş təcrübəsini, Çin isə süni intellekt texnologiyaları və kütləvi istehsal imkanlarını paylaşaraq yeni nəsil avtonom “sürü” tipli döyüş sursatlarının birgə hazırlanmasını müzakirə edib.

İddialara görə, bu əməkdaşlığın nəticələrindən biri Ukraynada istifadə olunan V2U adlı pilotsuz uçuş aparatı olub. Bildirilir ki, onun bir çox komponenti, o cümlədən süni intellekt modulu Çin istehsalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri