Rusiya və Ermənistan məsləhətləşmələr apardı
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya və Ermənistan Xarici İşlər nazirlikləri beynəlxalq hüquqi məsələlər üzrə məsləhətləşmələr aparıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüş 2025-2026-cı illər üçün məsləhətləşmələr planı çərçivəsində baş tutub.
Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Hüquq Departamentinin direktoru Maksim Musixin, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Xarici İşlər Nazirliyinin beynəlxalq müqavilələr və hüquq departamentinin rəhbəri Nelli Saroyan başçılıq edib.
Tərəflər qarşılıqlı maraq doğuran geniş spektrli məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Bir sıra müvafiq təşəbbüslərin müzakirəsinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 27 Sentyabr 2025 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















