Icma.az
close
up
RU
“Rusiya və İran sülh prosesini sabotaj etməyə çalışır” “TDT+ regionda yeni əməkdaşlıq səhifəsi açır”

“Rusiya və İran sülh prosesini sabotaj etməyə çalışır” “TDT+ regionda yeni əməkdaşlıq səhifəsi açır”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Cənubi Qafqaz yenidən beynəlxalq diqqət mərkəzindədir və regionda baş verən son hadisələr Azərbaycan üçün strateji imkanlar yaradır.”

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Vesti.az”-a müsahibəsində bildirib.

O vurğulayıb ki, Qəbələdə imzalanan TDT+ (Türk Dövlətləri Təşkilatı +) Bəyannaməsi regional siyasətdə yeni mərhələnin başlanğıcıdır və qonşu dövlətlərlə dialoqu gücləndirməyə xidmət edir.

Eks-nazirin sözlərinə görə, TDT+ formatının açıq olması qonşu ölkələr və regional güclər – o cümlədən Rusiya, Gürcüstan, İran və Çin üçün də maraqlı olacaq: “Təşkilat təkcə türk dünyası üçün deyil, həm də qonşu ölkələrdə yaşayan türk mənşəli vətəndaşlar üçün iqtisadi və mədəni əməkdaşlıq imkanları yaradır. Bu, TDT+ formatının açıq olduğunu və heç bir dövlətə qarşı yönəlmədiyini göstərir”

O əlavə edib ki, TDT+ yalnız deklarativ birlik deyil, həm də real koordinasiya məqsədi daşıyır və iqtisadi, mədəni, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyi hədəfləyir. Eks-nazir vurğulayıb ki, bəzi qonşu ölkələr bu prosesi ehtiyatla izləsələr də, bəyannamə onların narahatlıqlarını azaltmağa xidmət edir.

Tofiq Zülfüqarov Ermənistanın daxili siyasi vəziyyətinə də toxunaraq bildirib ki, keçmiş prezident Robert Koçaryan və onun komandası 2026-cı il seçkilərində revanşist ritorikadan istifadə etməyə çalışır, lakin Ermənistan cəmiyyəti artıq bu ritorikaya inanmır: “Ermənistanın keçmiş siyasətçiləri – xüsusən Koçaryan və Sarkisyan – ölkəni dərin geosiyasi, demoqrafik və iqtisadi böhranla üz-üzə qoyublar. Onlar Azərbaycanla münasibətlərdə yanlış addımlar atıblar və nəticədə Ermənistan heç nə qazanmayıb,” – deyə Zülfüqarov bildirib.

O qeyd edib ki, hazırkı baş nazir Nikol Paşinyan da siyasi məsuliyyəti lazımi səviyyədə nümayiş etdirmir və bu, keçmiş cinayətkar siyasi qrupların cəzadan yayınmasına imkan yaradır: “Azərbaycan postmünaqişə sülh prosesini davam etdirmək üçün güclü siyasi iradə göstərir. Ermənistan isə xarici təsirlərin təsiri altında ikiüzlü siyasət aparır. Bu da regionda sabitliyin təmin olunmasına mane olur.” 

Tofiq Zülfüqarov Rusiya ilə münasibətləri də şərh edib. Onun sözlərinə görə, əlaqələr dekabrdan bəri aşağı səviyyədədir və bunun əsas səbəbi Rusiyanın mövqeyidir: “AZAL təyyarəsi faciəsi, azərbaycanlıların Rusiyadakı vəziyyəti və digər məsələlərdə konstruktiv addımlar atılmalıdır ki, strateji əlaqələrin stabilləşdirilməsi mümkün olsun. Azərbaycan hər addımı diqqətlə izləyir və lazım gəldikdə beynəlxalq hüquqa uyğun tədbirlər görəcək.”.

Eks-nazir Azərbaycanın xarici siyasətində strateji tərəfdaşlıqların güclənməsini də yüksək qiymətləndirib: “Azərbaycan Çin, Böyük Britaniya, ABŞ, İtaliya, Almaniya və digər dövlətlərlə münasibətləri strateji səviyyəyə qaldırır. Ölkəmiz müstəqil və balanslı siyasət yürüdür. Bu, heç bir tərəfə qarşı yönəlməyib. Eyni zamanda Azərbaycan xarici investisiyaları milli maraqlar çərçivəsində cəlb edir və strateji sektorlara nəzarəti qoruyur.” 

O əlavə edib ki, strateji tərəfdaşlıqlar həm diplomatik, həm də iqtisadi üstünlüklər yaradır, xarici ölkələrlə uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimadın formalaşmasına şərait yaradır.

Eks-nazir vurğulayıb ki, 8 avqustdan sonra başlayan sülh prosesi hələ də ciddi sınaqlarla üz-üzədir və bəzi regional qüvvələr – o cümlədən Rusiya və İran – prosesi sabotaj etməyə çalışır: “Bu qüvvələrin taktikası sadədir – danışıqları uzatmaq və vaxt qazanmaq. Onlar ABŞ-də hakimiyyət dəyişikliyini gözləyir, çünki bu halda sülh prosesinə marağın azalacağını düşünürlər” .

O bildirib ki, Azərbaycan tərəfi güclü siyasi iradə nümayiş etdirir və prosesin nəticələnməsi üçün bütün imkanlardan istifadə edir.

Tofiq Zülfüqarovun sözlərinə görə, Qəbələdə keçirilən TDT+ sammiti yalnız deklarativ hadisə deyil, həm də türk dövlətlərinin regional və beynəlxalq arenada birgə fəaliyyət strategiyasının göstəricisidir.

“Azərbaycan müstəqil siyasətini qoruyaraq qonşularla dialoqu gücləndirir, strateji tərəfdaşlıqları genişləndirir və iqtisadi suverenliyini saxlayır,” – deyə eks-nazir vurğulayıb.

Rasim Əliyev
“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see249

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see175

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see169

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see142

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see139

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see137

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see135

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see129

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri