Icma.az
close
up
RU
Rusiya və İran Suriyada şansını itirib

Rusiya və İran Suriyada şansını itirib

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Qlobal güclər və Yaxın Şərqdəki əsas aktorlar Suriyada vətəndaş müharibəsinin başa çatmasını qətiyyən istəmirlər. Onlar nəyin bahasına olursa-olsun müharibənin davam etməsində, qan tökülməsində maraqıdırlar. Türkiyənin Suriyada güclənməsi, eyni zamanda Abdulla Öcalan vasitəsilə kürd faktorunu sabitləşdirmək cəhdi Yaxın Şərqdə ABŞ, İsrail və İran da daxil olmaqla, əksər qüvvələrin ssenarisini poza bilər. Xüsusilə, hazırda Rusiya və ABŞ bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə etməyə çalışırlar ki, bunlardan biri də Suriyadır. Fikrimcə, son bir ayda Suriyada aranın qarışdırılmasına səbəb bu amillər ola bilər”.
Professor Cümşüd Nuriyev Reyting.az-a deyib ki, İran və Rusiya Bəşər Əsəddən qalma qüvvələr və ələvilərdən yararlanaraq Suriyada hakimiyyətə qarşı mübarizə aparmaq, onu dəyişdirmək, o cümlədən Bəşər Əsəd və ya bir başqasını iqtidara daşımaq imkanında deyillər: “Hazırda İranın özünün ciddi problemləri var, daxilən qaynayır. İran prezidentinin hansısa bir tədbirdə iki cümlə Azərbaycan dilində danışmasını həzm edə bilmirlər. Rusiyanın isə 3 ildir Ukraynada müharibə aparması bu ölkəni yorub və digər ərazilərdə fəallaşmasını mümkünsüz edib. Odur ki, bu qüvvələrin Suriyada Türkiyəyə qarşı problem yaratmaq ehtimalını ciddi saymıram. Orada əsasən ələvilər və Əsəd dövründən qalan hərbçilər indi yeni hakimiyyətə qarşı ayağa qalxıb. Onlar da əhalinin 10-15 faizi ola, ya olmaya. Hazırda Suriyada proseslərə Türkiyə nəzarət edir”.

Cümşüd Nuriyev
C. Nuriyev bildirib ki, İran, Çin və Rusiya hərbi donanmaları birlikdə hərbi təlim keçir: “Amma buna da ciddi yanaşmıram. Bu hərbi təlimlərlə kimə hansı mesaj verildiyi bəlli deyil. Mümkündür ki, bir müddət sonra bu ölkələr arasında fikir ayrılıqları yaşansın. Mən bu qüvvələrin Suriyada istədiyini əldə edəcəyinə inanmıram”.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri