Icma.az
close
up
RU
Rusiya və İranın Suriya ilə bağlı ŞOK PLANI: Məqsəd Bəşər Əsəddir… KONKRET

Rusiya və İranın Suriya ilə bağlı ŞOK PLANI: Məqsəd Bəşər Əsəddir… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

“Suriyada baş verən son hadisələrdə həm İranın, həm də Rusiyanın barmağının olması istisna edilmir. Rusiya və İran Suriyada baş verən proseslərdən məmnun deyil. Çünki onlar bütünlükdə Yaxın Şərq ölkəsində nəzarəti əldən veriblər. Hətta Rusiya öz bazalarını bu ölkədən çıxarmaq təhlükəsi ilə üz-üzə qalıb”.

Bu fikirləri “KONKRET.az“a açıqlamasında BDU-nun professoru, politoloq Əlimusa İbrahimov səsləndirib.

“Şübhəsiz ki, İran və Rusiya Suriyada vəziyyətin gərginləşməsində maraqlıdır. Hətta bunun üçün müəyyən cəhdlər də edirlər. Məlum olduğu kimi İranın Suriyada proksi qüvvələri mövcuddur. Hətta Livanda İranın Hizbullah adlı proksi qüvvəsi fəaliyyət göstərir. Eyni zamanda Suriyadakı Əsəd qüvvələrinin özü də İranın əlaltılarıdır. Onlar gələcək aqibətdən qorxaraq İran və Rusiyanın rəhbərliyi altında vəziyyəti gərginləşdirməyə çalışırlar”.

Politoloqun sözlərinə görə, Rusiyanın Suriyaya müdaxiləsi fonunda Bəşər Əsədi yenidən hakimiyyətə gətirmək istəyi bir qədər inandırıcı görünmür:

“Çünki Rusiya 80-ci illərdəki vəziyyətdə deyil. Yəni bir həmlə ilə müharibəyə başlayacaq vəziyyətdə olmadığı göz qabağındadır. Suriyadan kömək istəsələr belə, Rusiyanın ora qoşun göndərmək imkanı yoxdur. Çünki Moskva Suriyaya kontingent göndərsə, bu, ciddi resurs itkisinə səbəb ola bilər. Amma Rusiya İranla birləşərək vəziyyəti gərginləşdirməyə çalışır və bundan o tərəfə heç nə edə bilməz. Onun Bəşər Əsədi yenidən Suriyaya qaytarmaq istəyi həyata keçməyəcək reallıqdır. Hesab edirəm ki, Suriyanın keçid hökuməti silahlı ərəblərlə problemi həll etdikdən sonra, kürd terrorçuları ilə məsələni çözməyə başlayacaq. Türkiyə bu məsələdə Suriyanın yanındadır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see210

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see178

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri