Rusiya və Qazaxıstan sərhəddə tranzit imkanlarını genişləndirir Putin
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya və Qazaxıstan tranzit və gömrük terminallarının buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparır.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında keçirilən Regionlararası Əməkdaşlıq Forumunda bildirib.
"Ölkələrimizin həll etməklə məşğul olduğu ən aktual vəzifələrdən biri uzunluğu təxminən 7,5 min kilometr olan, dünyada ən uzun quru sərhədi hesab edilən ortaq sərhəddə tranzit və gömrük terminallarının buraxılış qabiliyyətinin artırılmasıdır", – deyə Rusiya lideri qeyd edib və əlavə edib ki, bu işə sərhədyanı regionlar da fəal şəkildə cəlb olunub.
Bundan başqa, iki ölkə arasında sabit dəmir yolu əlaqəsi qurulub. "Ötən il bu nəqliyyat növü ilə qarşılıqlı yükdaşımaların ümumi həcmi 4 % artaraq təxminən 95 milyon tona çatıb. Cari ilin yanvar–may aylarında isə bu göstərici daha 5,7 % artıb", – deyə Putin vurğulayıb.
Onun sözlərinə görə, tərəflər yükdaşımaların həcmini artırmaq və eyni zamanda çay ekosistemini qorumaq məqsədilə İrtış çayından birgə istifadə üzrə baş plan hazırlayırlar. Bununla yanaşı, Xəzər dənizində və iki ölkə ərazisindən axan çaylarda fəal gəmiçilik əlaqələri dəstəklənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 İyul 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















