Icma.az
close
up
RU
Rusiya və Türkiyə arasında gərginlik yaranıb? AÇIQLAMA

Rusiya və Türkiyə arasında gərginlik yaranıb? AÇIQLAMA

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili arasında görüş baş tutub. Daşkənd Konqres Mərkəzində keçirilən görüşdə Türkiyə-Gürcüstan münasibətləri və regional və qlobal inkişaflar müzakirə olunub.

Həmçinin, Kurtulmuş Türkiyənin Gürcüstanın ərazi vahidliyinə hörmət etdiyini və bu bütövlüyə yönəlmiş təhdidlərin aradan qaldırılmasının regionda sülhə töhfə verəcəyini bildirib.

Gürcüstanın ərazi bütövlüyünü təhdid edən əsas amil nədir?

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Kənan Novruzov Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə dəstək verməsinin əsas səbəbinin Rusiyanın bu ölkənin bəzi ərazilərini xüsusilə Abxaziya və Osetiyanı qeyri-qanuni şəkildə işğal etməsi olduğunu bildirib. 

Onun sözlərinə görə, əslində, Kurtulmuş hələ də mövcud olan Rusiya faktoruna işarə edir:

“Bu isə onu göstərir ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməklə kifayətlənmir həm də bu işğal faktoru ilə barışmır. Eyni vəziyyəti Ukrayna nümunəsində də görmək mümkündür. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın qeyri-qanuni ilhaqını qəbul etmir. Bununla belə, Türkiyə Gürcüstanın və Ukraynanın ərazi vahidliyini dəstəkləməyinə baxmayaraq Rusiya ilə münasibətlərini də qoruyur. Ankara bu mövqeyində qətiyyətlidir. Bundan sonra Türkiyə həm Gürcüstanın, həm də Ukraynanın ərazi tamlığının bərpası istiqamətində fəaliyyətlərini davam etdirmək niyyətindədir”.

K.Novruzov qeyd edib ki, Türkiyə və Rusiya arasında iqtisadi və diplomatik maraqlar balanslı münasibətlər qurmağa imkan verir, bu da onlara müəyyən kompromislər edərək qarşılıqlı təsir imkanlarını məhdudlaşdırmağa şərait yaradır:


Müsahibimizin fikrincə, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünün təmin olunması Rusiyanın Qara dəniz bölgəsində, Şərqi Avropadakı və Cənubi Qafqazda təsir imkanlarını məhdudlaşacaq:

“Bu da Türkiyənin maraqlarına tam uyğundur. Beləliklə, Türkiyə və Rusiya bu gün bir növ rəqib, bəzən isə açıq şəkildə qarşı-qarşıya duran tərəflərdir. Türkiyə, Rusiya ilə münasibətlərdə ehtiyatlı və balanslı bir diplomatiya yürüdür. Bir tərəfdən Rusiyanın maraqlarına toxunmadan onun təsir imkanlarını zəiflətməyə çalışır, digər tərəfdən isə müxtəlif bölgələrdə, məsələn, Suriyada Rusiyanın mövqelərini zəiflədərək onu oradan çıxarmağa nail olub.

Eyni zamanda, Yaxın Şərqdə də Rusiyanın təsir imkanları getdikcə azalır. Ancaq, Türkiyə Rusiya ilə münasibətlərini daha da yaxınlaşdırmağa çalışır. Bu, ikitərəfli diplomatik və iqtisadi münasibətlərin mövcudluğu ilə izah olunur.  Bəs  niyə iki ölkə arasında münasibətlər kəskinləşmir? Çünki Türkiyə və Rusiya liderləri hər zaman bir birlərini yaxşı başa düşür və aralarındakı münasibətlərdə balanslı diplomatiya və iqtisadi maraqlar üstünlük təşkil edir. Bu səbəbdən də tərəflər müəyyən qədər kompromisə getməyi bacarırlar”. 

Fidan Hacızadə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri