Icma.az
close
up
RU
Zəfərimiz qürurumuzdur! Yazarlarla hərbçilərin görüşü keçirilib

Zəfərimiz qürurumuzdur! Yazarlarla hərbçilərin görüşü keçirilib

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

5 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş yazarlarla hərbçilərin görüşü keçirilib.

525.az xəbər verir ki, vətənpərvərlik mövzusuna həsr olunan tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə çatdırmaq, müasir ədəbiyyatımızın gənc nəsilə vətənpərvərlik ruhunu təbliğindəki rolunu dəyərləndirmək olub.

Tədbiri giriş sözü ilə açan filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Azərbaycan əsgərinin qəhrəmanlığının və fədakarlığının milli qürur mənbəyi olduğunu vurğulayıb. O, qeyd edib ki, qazanılmış tarixi Zəfərin ədəbi əsərlərdə əks olunması, qəhrəmanlıq nümunələrinin söz sənəti vasitəsilə yaşadılması mühüm mənəvi və ictimai əhəmiyyət daşıyır.

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri yazıçı-hüquqşünas Əlisəfa Azayev, jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, Aida Adıgözəl, Yadigar Təvəkgül, Anar Gülümsoy, Əhsən Qaybalıyev çıxış ediblər. Yazarlar  Zəfər tariximizə həsr etdikləri kitablardan, həmin əsərlərdə Vətən müharibəsinin, Azərbaycan əsgərinin qəhrəmanlığının, şəhidlərimizin əziz xatirəsinin və xalqımızın Vətən sevgisinin bədii və publisistik ifadəsindən bəhs ediblər. Onlar eyni zamanda vurğulayıblar ki, tarixi hadisələrin və qəhrəmanlıq nümunələrinin kitablarda əks olunması gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, milli yaddaşın qorunmasında və Zəfər tariximizin yaşadılmasında mühüm rol oynayır.

Tədbirdə iştirak edən şəhid ailələri – Vüqar İsmayılov, Simuzər Bağıyeva, Cəmafət Əzizova, Rəfiqə Dadaşova çıxış edərək Zəfəri xalqımıza qazandıran Ali Baş Komandanımızla, Milli Ordumuzla və canını vətənə fəda edərək şəhidlik zirvəsinə ucalan övladları ilə qürur duyduqlarını vurğulayıblar.

Tədbirin gedişatında monitor vasitəsilə nümayiş etdirilən video və fotoçarxlar  iştirakçılara duyğulu anlar yaşadıb. 

Hərbçilərlə yazarların görüşü səmimi fikir mübadiləsi şəraitində davam edib. Tədbirdə hərbi hissənin komandanlığı Vətənə sevgi, milli birlik, qəhrəmanlıq və Zəfər qüruru kimi dəyərlərin təbliğinin vacibliyini qeyd ediblər. Hərbi hissənin komandanlığı tərəfindən görüşün yaradıcı qrupu və tədbirdə iştirak edən şəhid ailələri 8 noyabr – Zəfər günü və 9 noyabr – Dövlət bayrağı günü ilə əlaqədar hərbi hissədə keçirilən bayram tədbirində yaxından eştirak etdiklərinə görə və şəxsi heyətə vətənpərvərlik ruhunun aşılanmasındakı səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif edildilər.

Tədbirin sonunda yazarlar öz əsərlərini hərbçilərə və “N” saylı hərbi hissənin kitabxanasına hədiyyə ediblər və xatirə şəkilləri çəkdiriblər.

Belə görüşlər ədəbiyyat nümayəndələri ilə hərbçilər arasında mənəvi bağların möhkəmləndirilməsinə, tarixi Zəfərimizin təbliğinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri