Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“PeşəFest 2026”ya yekun vurulub

“PeşəFest 2026”ya yekun vurulub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri Bakıda təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Kristal Zalda “Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festivalın əsas məqsədi şagird və gənclərin peşə seçiminə dəstək olmaq, onların gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə kömək etmək olub. Ölkənin 11 şəhər və rayonunu əhatə edən layihənin Bakı mərhələsində iştirakçılar müxtəlif peşə sahələri ilə yaxından tanış olmaq, həmin sahələrin mütəxəssisləri ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Festival çərçivəsində peşə stendləri təqdim olunub, iştirakçılara müxtəlif ixtisaslar, tələb olunan bacarıqlar və karyera imkanları barədə məlumat verilib. Onlar, həmçinin mütəxəssislərə suallar ünvanlayıb, interaktiv fəaliyyətlərdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev çıxışında “PeşəFest”in əsas məqsədinin şagirdləri, gəncləri, onların valideynlərini və peşə mütəxəssislərini bir araya gətirmək, gənclərin gələcək peşə seçimləri ilə bağlı suallarını cavablandırmaq olduğunu bildirib.

O qeyd edib ki, layihə çərçivəsində 11 şəhərdə keçirilən tədbirlərdə yüksək iştirak qeydə alınıb. Sumqayıtdan başlayan festivalın ümumi iştirakçı sayı 33 minə yaxın olub. Bu il keçirilən “PeşəFest” tədbirlərində iştirakçıların sayı 2025-ci illə müqayisədə iki dəfə artıb. Naxçıvanda təşkil olunan tədbirdə isə 1260 nəfər iştirak edib.

R.Mustafayev festival çərçivəsində təqdim olunan 11 peşə istiqamətinin gənclərə həm müasir texnologiyalar, əşyaların interneti və süni intellekt, həm də ənənəvi peşələrlə tanış olmaq imkanı yaratdığını vurğulayıb.

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə ölkənin qazandığı Zəfərin əldə olunmasında Azərbaycan xalqının, ordusunun və şəhidlərin müstəsna rolunu qeyd edib. O bildirib ki, bu gün ölkədə həyata keçirilən islahatlar və gənclər üçün yaradılan imkanlar həmin Zəfərin nəticələrindən biridir.

Deputat gənclərin gələcək peşə seçimində müəllimlərin, alimlərin, ziyalıların və cəmiyyətin nüfuzlu şəxslərinin xüsusi rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu cür festivallar məktəblilərə və gənclərə müxtəlif peşələrlə tanış olmaq, gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm imkan yaradır. Z.Oruc, həmçinin “PeşəFest” çərçivəsində silah mühəndisliyi istiqamətinin təqdim olunmasını müsbət qiymətləndirib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə isə peşə təhsilinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını bildirib. Onun sözlərinə görə, son beş ildə Azərbaycanda peşə təhsili üzrə qəbul göstəricisi 76 faiz yüksəlib, hazırda peşə təhsili alanların sayı 28 mini ötüb.

Nazir müavini qeyd edib ki, peşə təhsili sistemində həyata keçirilən islahatlar regionları da əhatə edir. Hazırda qəbulun təxminən 70 faizi ölkənin regionlarının payına düşür. Son illərdə regionlarda yaradılan Gəncə Dövlət Peşə Məktəbi, Qəbələ Dövlət Peşə Mərkəzi və Cəlilabad Dövlət Peşə Mərkəzi bu sahədə uğurlu nümunələrdir.

K.Kərimzadə, həmçinin “PeşəFest” layihəsi çərçivəsində 200 minə yaxın azərbaycanlı gəncin iştirak etməsinin sevindirici hal olduğunu vurğulayıb. O bildirib ki, festival gənclərə gələcək peşə seçimləri ilə bağlı daha məlumatlı qərarlar vermək imkanı yaradır.

Tədbir musiqi qruplarının ifaları və iştirakçılar arasında təşkil olunan viktorinalarla davam edib.

Müxbir - Aynur Əlixanlı

Operator - Ceyhun Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri