Rusiya və Ukrayna ərazi mübadiləsini müzakirə edirlər Metyu Uiteker
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində texniki qrupların nümayəndələri Rusiya- Ukrayna müharibəsinin bitməsi üçün ərazilərin mübadiləsi imkanlarını müzakirə edirlər.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker CNN telekanalına müsahibəsində deyib.
"Texniki qrupların nümayəndələri danışıqlar aparır. Bu, yaxşı xəbərdir. Çünki onlar torpaq mübadiləsinin olub-olmayacağına və hansı torpağın dəyişdirilə biləcəyinə qərar verəcəklər", - o deyib. Uiteker qeyd edib ki, müharibənin bitməsi üçün hər iki tərəf hərbi əməliyyatları dayandırmağa razı olmalıdır.
Daimi nümayəndə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə də toxunaraq, bununla bağlı Rusiyanın qərar vermədiyini bildirib: "NATO-ya üzvlük məsələsinin müzakirə edilib-edilməməsinə gəlincə, son nəticədə qərar verən NATO-nun 32 üzvüdür".
O əlavə edib ki, Alyansın bütün üzvləri yekdilliklə Ukraynanın daxil olmasını dəstəkləməlidir. Bu, baş verərsə, Ukraynanın təşkilata yolu bir çox mərhələdən ibarət olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Avqust 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















