Icma.az
close
up
RU
Rusiya və Ukraynanı küncə sıxışdıran sülh planı: Qazanan kimdir?

Rusiya və Ukraynanı küncə sıxışdıran sülh planı: Qazanan kimdir?

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Trampın 28 maddəlik “sülh planı” münaqişə tərəflərinin heç birinə mütləq üstünlük vermir.

Ukrayna üçün ən ağrılı məsələ ərazi güzəştləridir. Plana görə,

- Krım, Donetsk və Luqansk de-fakto Rusiyanın tərkibində tanınır;

- Xerson və Zaporojye vilayətlərində cəbhə xətti “dondurulmuş” vəziyyətdə qalır;

- Rusiya beş bölgədən kənarda işğal etdiyi ərazilərdən imtina edir;

- Donetskin bir hissəsi neytral, demilitarizasiya olunmuş zona kimi tanınır;

Lakin sənəddə Ukraynanın suverenliyi təsdiqlənir. Bu o deməkdir ki, Rusiyanın xeyrinə olacaq ərazi güzəştləri müvəqqəti xarakter daşıyır. Hərçənd, davamında Ukraynanın ərazilərini güc yolu ilə qaytarmaq perspektivləri də sual altına düşür. Çünki sənəddə qeyd olunur ki, “Ukrayna və Rusiya razılaşdırılmış sərhədləri güc yolu ilə dəyişməyəcəklərinə dair öhdəlik götürəcəklər”.

Münaqişə dondurulur və gələcəkdə həlli üçün güc tətbiqi variantını həm Ukrayna, həm Rusiya üçün sıradan çıxarır.

Ukrayna üçün müəmmalı məqamlardan biri təhlükəsizlik zəmanəti ilə bağlıdır. Sənəddə “Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri veriləcək” qeydi yer alır, lakin necə?

- Ukraynanın NATO-ya üzvlüyünə icazə verilmir;

- NATO qoşunları Ukraynaya yerləşdirilmir;

Bu, rəsmi Kiyevin ümid etdiyi iki təhlükəsizlik zəmanətinin – ya NATO-ya üzvlük, ya da Avropa qoşunlarının “təmas xəttinə” yerləşdirilməsi, olmaması deməkdir. Yeganə zəmanət ABŞ-ın mümkün sülh sazişindəki öhdəliklərə nəzarətindən ibarətdir.

Sənəd Ukraynaya müəyyən dividentlər vəd edir.

1. Avropa İttifaqına üzv ola və Avropa bazarına güzəştəli çıxış əldə edəcək;

2. Ölkənin bərpası qlobal maliyyə paketi çərçivəsində həyata keçiriləcək, hətta Rusiyanın dondurulmuş aktivlərinin 100 milyard dolları bu istiqamətdə sərf olunacaq;

Bu plan Ukraynada Finlandiya modelinin – ərazi güzəştləri hesabına iqtisadi inkişaf – tətbiqi ilə nəticələnə bilər.

Plan Rusiyanın iki strateji hədəfinə uyğun gəlir.

Birincisi, Ukrayna hədəfidir;

- Ərazi məsələsində üstünlük qazanır;

- Ukraynanın NATO-ya qoşulmamasına nail olur;

İkincisi, “qlobal güc” hədəfidir;

Müharibə başlanmamışdan öncə Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi Şimal Alyansının genişlənməməsini özündə əks etdirən “təhlükəsizlik sazişi” Moskvanın qlobal güc kimi qəbul edilməsi məqsədi daşıyırdı. Çünki Moskva “soyuq müharibə”dən sonra yaranmış qobal şərtlərlə bir gün dəyişdirmək ümidi ilə razılaşmışdı, 2020-ci ildən sonra başlanan geosiyasi proseslərdə Rusiyanın mövqeləri böyük ölçüdə nəzərə alınmırdı. ABŞ və NATO-ya təqdim olunan saziş, ardınca Ukraynada müharibənin başlanmasının Rusiyanın maraqları kontekstində buna hesablanmışdı. Trampın planında Rusiyanın bu istəkləri nəzərə alınır:

- ABŞ vasitəçiliyi ilə Rusiya və NATO arasında təhlükəsizlik məsələlərinin həlli və qlobal sabitliyin təmin edilməsi üçün dialoq baş tutacaq;

- Rusiya qonşu ölkələrə müdaxilə etməyəcək, NATO isə daha da genişlənməyəcək;

Bu, ABŞ və NATO-nun Rusiyanı “qlobal güc tərəfi” kimi qəbul etməsi deməkdir. Plan Mokvanın siyasi və iqtisadi təcridini də aradan qaldırır.

Hərçənd, əldə etdiyi qazanc Rusiyaya mütləq üstünlük vermir.

- İşğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto tanınsa da, suveren olaraq Ukrayna torpağı hesab olunur. Ki, bu Moskvanın müharibədə hədəfinə tam nail ola bilməməsi deməkdir;

- NATO-nun genişlənməməsi ilə bağlı tələbi qəbul olunsa da, Rusiyanın “qlobal güc tərəfi” rolu ABŞ-ın nəzarəti altında olur;

Trampın 28 bəndlik sülh planının mütləq qazananı ABŞ-dır. Vaşinqton zəmanətçi kimi həm Avropa, həm Rusiya üzərində nəzarət imkanı əldə edir.

Sülh planının qəbul olunacağı, ən azı bu formada qəbul olunacağı sual altındadır. Cenevrə danışıqları da Kiyevin avropalı tərəfdaşları ilə müqavimətinin nəticəsidir. Vaşinqton Kiyevi və avropalıları razı salmaq üçün müəyyən loyallıq sərgiləyə, planda bəzi maddələri Ukraynanın istəyinə uyğunlaşdıra bilər. Hərçənd, prinsipial məsələlərin - ərazi və NATO-ya qoşulmamaq, Şimal Alyansının genişlənməməsi və s. dəyişəcəyi ehtimalı azdır.

Asif Nərimanlı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Noyabr 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri