Icma.az
close
up
RU
Rusiya və Ukraynanı sülhə gecikdirən nədir yaxud kimdir? AÇIQLAMA

Rusiya və Ukraynanı sülhə gecikdirən nədir yaxud kimdir? AÇIQLAMA

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Rusiya və Ukrayna arasında atəşkəs əldə etmək mümkün olmur. Tərəflər arasında əsaslı fərqliliklər və dərin siyasi, hərbi, iqtisadi maraqlar mövcuddur. Münaqişənin başlanğıcından bəri hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü təhdid etdiyini iddia edir.

Maraqlıdır, atəşkəsin əldə edilməməsinin əsas səbəbi nədir? Proseslərin bu şəkildə davam etməsi hansı tərəfə "sərf edir?" 


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Rusiya və Ukrayna arasında atəşkəsin baş tutmamasının əsas səbəblərindən biri kimi hər iki tərəfin atəşkəsə maraqlı olmadığını göstrəib. 


Onun sözlərinə görə, hazırda Rusiya və Ukrayna arasındakı müharibədə atəşkəsin elan olunmasında yalnız ABŞ maraqlıdır. Çünki Amerika üçün bu müharibənin dayandırılması vacibdir.

"Əgər Ağ Ev buna nail olsa, qısa müddətdə rəsmi Kiyevi ABŞ-nin maraqları üzərində ilə qurulmuş bir razılaşmaya imza atmağa məcbur edəcək. Yəni, Tramp administrasiyası Ukraynanın təbii sərvətlərinə, infrastrukturlarına və dövlət gəlirlərinə tam nəzarət etmək məqsədilə bir saziş hazırlayıb və rəsmi olaraq da bu razılaşmanın imzalanmasını tələb edir. Açıq şəkildə desək, Tramp administrasiyası Ukraynaya qarşı bir “talançılıq sənədi” hazırlayıb, Ukraynanı gələcəkdə istismar etmək üçün zəmin yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün müvəqqəti atəşkəsin elan olunması olduqca vacibdir. Çünki rəsmi Kiyev mövcud vəziyyətdən istifadə edərək ABŞ-nin təklif etdiyi “talançılıq” sənədinə müqavimət göstərməyə çalışır. Həmçinin, rəsmi Kiyev ABŞ-nin təklif etdiyi razılaşmanın Ukraynanın Avropa İttifaqına inteqrasiya proqramı ilə və Ukrayna Konsulluğunun maraqları ilə uyğun gəlmədiyini bəyan edir. Bu mesajla Tramp administrasiyasına bildirilir ki, belə bir razılaşmanın imzalanması qəbul edilə bilməz, amma razılaşmanı nəzərdən keçirib uyğunlaşdırmaq vacibdir”.


Politoloq Ukrayna müharibəsində atəşkəsin əldə edilməsinin ABŞ və Rusiya arasında maraq toqquşmaları və hər iki tərəfin şərtlərinə görə qeyri-mümkün olduğundan bəhs edib.

E.Xalidbəyli bildirib ki, Zelenski ABŞ-nin təklif etdiyi “talançılıq” sənədini imzalayaraq Ukraynanı ABŞ-nin tabe ölkəsinə çevirməyi istəyən prezident olmaq istəmədiyini açıq şəkildə bildirir:

“Hətta Zelenski bundan qaçmaq üçün prezident seçkilərində öz seçicilərini dəyişdirmək niyyətində olduğunu da gündəmə gətirməyə başlayıb. Göründüyü kimi, Ukrayna üçün atəşkəsin əldə olunması bu vəziyyətdə mümkün deyil. Çünki atəşkəsi kim başladacaq? ABŞ, əlbəttə. Ukraynanı həmin sənədə imza atmağa məcbur edəcək və hazırda Tramp həm Ukraynadan narazıdır. Bu narazılığın əsas səbəbi ondan ibarətdir ki, Zelenski ABŞ-nin göndərdiyi sənədi imzalamaqdan yayınır. Tramp ona xəbərdarlıq edir ki, əgər Ukraynanın gələcəkdə NATO-ya daxil olmaq kimi bir ümidinin olduğunu düşünürsə, boşuna ümidlənməsin. Əgər ABŞ-nin dəstəyini itirərsə və həmin sənədə imza atmasa, Ukrayna çox ciddi problemlərlə üzləşə bilər. Ağ Ev sahibi mesaj verir ki, əgər Ukrayna terrorizmə qarşı təminat istəyirsə, mütləq həmin sənədə imza atmalıdır. Yəni Tramp, sözün qısası, Ukraynanı istismar etmək və Ukraynanı ABŞ-nin müstəmləkəsinə çevirmək istəyir”.


Ekspert qeyd edib ki, Rusiya ABŞ-nin qarşısına çıxan bu yeni problemləri nəzərə alır və manevr etməyə başlayır. Onlardan biri də budur ki, Kreml Ağ Evdən tələb edir ki, Rusiyaya qarşı sanksiyalar ləğv olunsun:

“Bundan sonra atəşkəs və ya sülh müzakirə olunmağa başlaya bilər. Yeni şərtlər gündəmə gəldikcə, vəziyyətin inkişafına reaksiya veriləcək. Bu, Rusiya üçün də atəşkəsin əldə olunmasının qeyri-mümkün olduğunu göstərir. Rusiya yalnız öz şərtləri və maraqları təmin edildikdən sonra atəşkəs və ya sülh sazişinə imza atmaq istəyəcəyini bildirir. Bu isə, təbii ki, Tramp administrasiyasını çətin vəziyyətdə qoyur. Hazırda  Tramp yalnız Ukraynaya deyil, Rusiyaya da təzyiq göstərir. Putinə də xəbərdarlıq edilir ki, əgər Rusiya sülh prosesini pozarsa, ciddi problemlərlə üzləşə bilər.

Bütün bunlar göstərir ki, həm Rusiya, həm də Ukrayna öz maraqlarını təmin etmədən atəşkəsə maraqlı deyillər. Bu səbəbdən, atəşkəs yalnız hər iki tərəfin maraqlarına uyğun şərtlər daxilində mümkün ola bilər. İki müharibə aparan tərəfin inadçı manevrləri və yeni şərtləri, Ukrayna müharibəsi ətrafında atəşkəs rejiminin əldə olunmasını çətinləşdirir”.

Fidan Hacızadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Aprel 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri