Icma.az
close
up
RU
Rusiya Venslə əldə edilən anlaşma ilə bağlı İrəvana xəbərdarlıq etdi

Rusiya Venslə əldə edilən anlaşma ilə bağlı İrəvana xəbərdarlıq etdi

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistan ABŞ ilə nüvə enerjisi sahəsində 9 milyard dollar dəyərində məhsul və xidmətlərin tədarükü barədə razılaşaraq, faktiki olaraq sınaqdan keçirilməmiş Amerika texnologiyaları üçün təcrübə poliqonuna çevrilmək riski ilə üz-üzədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Diplomat bildirib ki, bu məsələ çox qaranlıqdır, çünki Vaşinqtonun razılaşma çərçivəsində təklif etdiyi reaktorlar yalnız kağız üzərində mövcuddur, bütün xərcləri isə İrəvan ödəməli olacaq, özü də reklam bukletlərində göstəriləndən daha yüksək qiymətlərlə.

“Üstəlik, bildirildiyinə görə, vəsaitlər hələ yaradılmamış fond vasitəsilə yönləndiriləcək və bu fond guya əvvəlcə başqa infrastruktur layihələri üçün nəzərdə tutulmuşdu. Yəni hər şey çox qaranlıq görünür”, - o qeyd edib.

Zaxarova həmçinin bildirib ki, Ermənistanın bəzi informasiya resursları bu xəbəri “Vaşinqtonun Ermənistan iqtisadiyyatına görünməmiş investisiyası” kimi təqdim etməyə tələsiblər: “Əsas odur ki, nə vaxtsa “görünməmiş investisiya” ifadəsi “heç vaxt olmayıb və olmayacaq” mənasında işlədilməsin”.

Rusiya rəsmisinin sözlərinə görə, Ermənistan faktiki olaraq öz vəsaiti hesabına sınaqdan keçirilməmiş ABŞ texnologiyalarının test edildiyi poliqona çevrilə bilər.

Mariya Zaxarova əlavə edib ki, Ermənistan istədiyi tərəfdaşlarla əməkdaşlıq etməkdə azaddır, amma Amerika texnologiyalarının seçilməsi suallar doğurur: “Vaşinqtonun təklif etdiyi zəif güclü atom elektrik stansiyaları nə ABŞ-də var, nə də ümumiyyətlə realdır, onlar yalnız kağız üzərində mövcuddur. Eyni zamanda, yekun xərc müştərilər üçün reklam bukletlərində göstəriləndən xeyli yüksək ola bilər”.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistan Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Vaşinqtonun Ermənistana təxminən 9 milyard dollar dəyərində mülki nüvə enerjisi üzrə məhsul və xidmətlər, o cümlədən kiçik modul reaktorlarının tədarükünü planlaşdırdığını açıqlamışdı./Teleqraf 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Fevral 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri