Rusiya XİN: Fransanın kontingentinin Kot d`İvuardan çıxarılması ona tələbat olmadığını göstərir
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa kontingentinin Kot d`İvuardan çıxarılması ona tələbat olmadığını göstərir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir.
“Moskva hesab edir ki, Fransa kontingentinin çıxarılması Kot d`İvuarda ona tələbat olmadığını göstərir. Bu ölkənin hakimiyyəti 1893-cü ildən burada olan xarici hərbi qulluqçuların xəyali “dəstəklərinə” ehtiyac duymur. Bu, ümumiyyətlə, Qərbi Afrikanın frankofon ölkələrində baş verən proseslərə əsasən, məntiqəuyğundur. Bu ölkələrin əhalisi keçmiş metropolun genişmiqyaslı mövcudluğuna getdikcə daha çox tənqidi yanaşırlar”, - məlumatda vurğulanır.
Qurumdan bildirilib ki, Fransa Qvineya körfəzindəki ən böyük hərbi bazası olan Port Bueni 2025-ci ildə Kot d`İvuar hakimiyyətinə təhvil verməyə hazırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 Dekabr 2024 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















