Rusiya XİN: İran MDB yə qoşula bilər
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiya bu təşəbbüslə maraqlanan tərəfdaşlarla birlikdə “MDB + İran” formatının işlənib hazırlanmasına hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a deyib.
O xatırladıb ki, İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasına dəvət olunan ilk İran rəhbəri olub. Rusiya XİN rəhbərinin müavininin sözlərinə görə, Moskva Türkmənistan tərəfinin bu təklifini ilk dəstəkləyənlərdən biri olub və İran liderinin sammitdə iştirakını yüksək qiymətləndirib.
“Pezeşkianın “MDB + 1” formatının yaradılması ilə bağlı irəli sürdüyü ideya Moskvada, bildiyimiz qədər, digər MDB ölkələrinin paytaxtlarında, eləcə də ekspert dairələrində böyük maraq doğurub. Rusiya tərəfi bu təşəbbüsün tərəfdaşlarla birlikdə işlənib hazırlanmasına hazırdır”, - Pankin qeyd edib.
Diplomatik qurum rəhbərinin müavini vurğulayıb ki, Rusiya MDB ilə İran arasında əməkdaşlığın inkişafının müxtəlif sahələrdə böyük potensiala malik olduğu qənaətindədir.
Bununla yanaşı, Pankin təşkilatın üzvlərinin sayının genişləndirilməsindən danışmaq üçün hələ tez olduğunu bildirib:
“MDB-də üçüncü ölkələrin birliyin fəaliyyətinə qoşulması üçün mövcud mexanizmlərin, o cümlədən “MDB+” formatının hazırkı mərhələdə qarşılıqlı əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsi üçün kifayət qədər imkan yaratdığını düşünürük”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 08 Noyabr 2026 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















