Rusiya XİN: "Minsk qrupu daha işləmir, onun fəaliyyəti bloklanır"
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan keçmiş münaqişənin nizamlanmasının müxtəlif mərhələlərində Moskvanın vasitəçi rolunu yüksək qiymətləndirib.
“O ki qaldı Minsk qrupuna, biz özümüz onun fəaliyyətindən narazı olmuşuq. Biz onu (ATƏT-in Minsk qrupunu-red.) daha çox tənqid etmişik. Xüsusi ilə də qərblilərin Minsk qrupunun işini bloklamağa başlayandan sonra... Biz, bu mövqeyimizi açıq bəyan etmişik. Minsk qrupunda olan müsbət məqamlar Rusiyanın işləmələrinə əsaslanıb. Bunlar o cümlədən Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli razılaşmalarda da öz əksini tapıb. Hansı ki, bu da Ermənistan və Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. 2022-ci ilin fevralında Minsk qrupu Qərb ölkələrinin əli ilə dəfn olunub. Aydın idi ki, onlar vəziyyətin nizamlanmasında deyil, başqa şey etmək niyyətində olublar. Siyasiləşdirmək, öz maraqlarını güdmək... Bunun bizə heç bir aidiyyəti yoxdur. Minsk qrupunda müsbət nəsə olanda biz müsbət haqqında danışmışıq. Harda neqativ üstünlük təşkil edib, demişik ki, Minsk qrupu daha işləmir, onun fəaliyyəti bloklanır, süni yolla bloklanır. Burada müxtəlif tarixi məqamlar, fərqli vəziyyətlər və kontekstlər var”, - Rusiya XİN sözçüsü vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















