Rusiya XİN: Rusiya nüvə arsenalına məhdudiyyətdən imtina edə bilər
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkovun məqaləsində deyilir.
“Mövcud reallıqda, özümüzü növbəti illüziyaya sürükləmək istəmiriksə, klassik anlamada strateji sabitlikdən danışmaq artıq mümkün deyil. Beynəlxalq arenada qlobal raket vəziyyətinə təsir edən çoxlu oyunçular peyda olub. Qərblə hazırkı qarşıdurma şəraitində onların Rusiyaya strateji zərər vurmaq üzrə açıq siyasəti qarşılığında nüvə və raket arsenallarına qoyulan məhdudiyyətlərdən onların kəmiyyət və keyfiyyətcə artırılması xeyrinə imtina etmək məsələsi müzakirə masasına çıxarıla bilər”, - diplomat qeyd edib.
O vurğulayıb ki, ABŞ-nin qlobal raketdən müdafiə sisteminin gələcək inkişafı strateji hücum silahlarının azaldılması və əvvəlki şərtlərdə strateji sabitliyin qorunması perspektivlərinin üzərindən çarpaz xətt çəkir.
Maşkovun sözlərinə görə, cavab addımlarından biri Rusiyanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bəzi aspektləri ilə bağlı mövqeyinin dəyişməsi ola bilər.
“O cümlədən mövcud hadisələrə, məsələn, 2000-ci ilin İcmal Konfransının yekun sənədinə yanaşmalarımızı təhlil etmək və yenidən nəzərdən keçirmək olardı. Onun praktiki addımlarının 7-ci bəndinin aktuallığını itirməsi, sənədin qəbulundan cəmi iki il sonra Amerika administrasiyası tərəfindən pozulması bütün paketin hərtərəfli xarakterinin pozulmasına gətirib çıxarıb”, - Maşkov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Yanvar 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















