Icma.az
close
up
RU
Rusiya xüsusi tarix seçdi Ukraynanı elə fəlakət gözləyir ki...

Rusiya xüsusi tarix seçdi Ukraynanı elə fəlakət gözləyir ki...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumı vilayətinə kütləvi raket hücumlarından sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yeni, daha genişmiqyaslı hücumlara hazırlaşdığı barədə xəbərdarlıq edib.

Dövlət başçısı bildirib ki, Rusiya Pasxa bayramı və növbəti günlərdə Ukrayna ərazilərinə yenidən raket zərbələri endirə bilər. Halbuki Pasxa atəşkəs üçün ümidverici tarixlərdən biri hesab olunurdu.

Həmin tarixdə atəşkəsi dəhşətli hücumlar əvəz edə bilərmi? Niyə məhz Pasxa günü diqqətdə saxlanılır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumlar beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənir:

“Sumı şəhərinə edilən hücumdan sonra Ukraynanın müxtəlif ərazilərinə intensiv raket zərbələri endirilib. Növbəti dəfə Ukrayna genişmiqyaslı bombalanmalara məruz qalıb. Bu hadisələr bir daha göstərir ki, rəsmi Kiyev hansı addımı atsa da, Rusiya hücumlarını dayandırmaq niyyətində deyil. ABŞ-ın vasitəçilik təşəbbüsləri də Moskva üçün ciddi əhəmiyyət daşımır. Rusiya Ukraynanı tam nəzarətə götürmək, onu işğal etmək istiqamətində maraqlıdır. Bu hücumlarla məqsəd Kiyevi qorxutmaq və onu sülh masasına əyləşməyə məcbur etməkdir. Sırf Pasxa günün hücum üçün əhəmiyyət daşıdığını düşünmürəm. Rusiya onsuz da uzun müddətdir Ukrayna ərazilərini bombalamaqda davam edir”.

Əli Mustafayev

Əli Mustafayev qeyd edib ki, Rusiya təkcə Ukraynaya deyil, həm də Avropa ölkələrinə psixoloji təzyiqlər göstərir:

“Son günlər Avropada Ukrayna ilə bağlı müəyyən irəliləyişlər müşahidə olunur. Xüsusilə Parisdə Britaniya, Almaniya və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən iclas, Kiyevə dəstək məqsədilə formalaşdırılan yeni büdcə və digər təşəbbüslər Rusiyanın narahatlığına səbəb olub. Qərb və Avropa Ukraynaya nə qədər dəstək versə, Rusiya da bir o qədər aqressivləşir. Rusiya bu hücumlarla yalnız Kiyevi deyil, həm də Qərbi və Avropanı qorxutmaq niyyətindədir. Onlara göstərmək istəyir ki, dəstəyin artması daha da böyük qarşıdurmalara səbəb ola bilər”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya bu müharibəni uzun müddət davam etdirməkdə qərarlıdır:

“Hazırda dünyada yeni bir güc balansı və siyasi düzən formalaşır. Bu prosesin fonunda Rusiya özünü əsas aktorlardan birinə çevirmək niyyətindədir. Moskva qələbəyə qədər müharibəni davam etdirmək istədiyini açıq şəkildə nümayiş etdirir. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə bölgədə sabitliyin bərpası asan olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri