Rusiya yarımstansiyaya zərbələr endirdi − Çernobıl AES in sarkofaqı elektriksiz qaldı
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Kiyev vilayətinin Slavutiç şəhərinin enerji infrastrukturuna zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunun üzərindəki sarkofaq işıqsız qalıb.
Nazirlik mərmilərin Çernobıl AES-də işıqların kəsilməsinə səbəb olduğunu və stansiyada fövqəladə vəziyyət yarandığını iddia edir.
“Elektrik enerjisinin kəsilməsi nəticəsində Çernobıl Atom Elektrik Stansiyasının zədələnmiş 4-cü blokunu təcrid edən və ətraf mühitə radioaktiv materialların buraxılmasının qarşısını alan əsas obyekt olan “Yeni Təhlükəsiz Saxlanılma” elektriksiz qalıb”, - nazirlikdən bildirilib.
Verilən məlumata görə, hazırda mütəxəssislər elektrik enerjisini bərpa etməyə çalışırlar. Ukrayna hakimiyyəti radiasiya səviyyəsində hər hansı dəyişiklik barədə məlumat verməyib.
Qeyd edək ki, Rusiya qoşunları oktyabrın 1-də axşam saatlarında Slavutiçdə elektrik yarımstansiyasına zərbələr endirib, şəhərin meri Yuri Fomiçev bildirib ki, zərbə zavodda yanğına səbəb olub. Kiyev vilayətinin hakimiyyət orqanları elektrik obyektinə pilotsuz təyyarənin hücum etdiyini qeyd edib. Saat 18:00-a qədər təxminən 20 000 yerli sakin işıqsız qalıb. Qonşu Çerniqov vilayətinin də bir neçə kəndi işıqsız qalıb.
Bu mövzuda digər xəbərlər:Rusiya Çernobıl AES də təhlükə yaratdı Zərbələr obyektləri elektriksiz qoyub, Zelenskidən açıqlama
02 Oktyabr 2025 12:25
Rusiya Çernobıl AES in sığınacağına zərbə endirib
14 Fevral 2025 11:46
TƏCİLİ! Rusiya PUA sı Çernobıl AES sə zərbə endirdi VİDEO
14 Fevral 2025 11:53
Peskov Çernobıl AES in vurulmasından XƏBƏRSİZDİR
14 Fevral 2025 15:35
Çernobıl AES yeni problemlə üzləşib
01 Oktyabr 2025 23:07
Baxış sayı:40
Bu xəbər 02 Oktyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















