Rusiya yaxınlığında Böyük Britaniya və ABŞ kəşfiyyat təyyarələri qeydə ALINDI
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya yaxınlığında Böyük Britaniya və ABŞ kəşfiyyat təyyarələri qeydə alınıb.
Redaktor.az xəbər verir ki, "Flightradar24" uçuş izləmə xidmətinin məlumatına görə, Böyük Britaniyanın Krallıq Hərbi Hava Qüvvələrinə aid strategiya kəşfiyyat təyyarəsi "Boeing RC-135W Rivet Joint" və ABŞ-nin müşahidə və kəşfiyyat təyyarəsi "Saab 340B ISR" Kalininqrad vilayətinin yaxınlığındakı hava məkanında qeydə alınıb.
Bildirildiyinə görə, britaniyalı kəşfiyyat təyyarəsi Uotinqton aviabazasından qalxaraq Niderland, Polşa, Almaniya və Litva üzərindən uçmuş, sonra isə Rusiyanın bölgəsinə yaxın hava məkanına daxil olmuşdur.
ABŞ təyyarəsi Polşa ərazisindən qalxaraq Litva üzərindən, İsveç sahilləri boyunca Kalininqrad vilayətinə doğru patrul uçuşu həyata keçirib.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 02 Fevral 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















