Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Rusiya yeni sanksiyaların hədəfində...

Rusiya yeni sanksiyaların hədəfində...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi bir neçə həftəyə hazır olacaq. Bunu Almaniya kansleri Fridrix Merz Berlində mətbuat konfransında deyib. Onun sözlərinə görə, yeni paket əsasən  sanksiyalardan yayınmaların qarşısının alınmasına yönələcək. “Biz sanksiyalardan yayınmaya şərait yaradılmasını pisləyirik, bu boşluqların aradan qaldırılmasını və ya hər halda azaldılmasını təmin etmək istəyirik. Yaxın həftələrdə Avropa İttifaqında yeni sanksiyalar paketi hazırlayacağıq. Bir boşluğu digərinin ardınca bağlamağa çalışacağıq”, - deyə Almaniya kansleri vurğulayıb.

Ukraynanın müqavimət gücünün artırılması

Şimal qonşumuza qarşı sanksiyalar uzanan Rusiya-Ukrayna müharibəsi səbəbindən tətbiq edilir. Avropa İttifaqı bu müharibədə Ukraynanın mövqeyini müdafiə edir. Müharibənin əvvəlində Moskvaya qarşı Amerika Birləşmiş Ştatlarının başçılığı ilə kollektiv Qərb cəbhəsi formalaşmışdı. Buradan Kiyevə hərtərəfli yardımlar edilir, o cümlədən hərbi texnika, sursat tədarükü həyata keçirilirdi. Eyni zamanda,  Ukraynanın daxili gəlirlərdən böyük dərəcədə məhrum qalan dövlət büdcəsi də ABŞ-ın və Aİ-nin ayırdığı vəsaitlər hesabına davamlı şəkildə  dəstəklənirdi.

Cari ilin yanvarında Vaşinqtonda administrasiya dəyişikliyindən sonra isə fərqli mənzərə yaranıb. Yeni Prezident Donald Tramp Ukraynanın dəstəklənməsinin əslində Avropa İttifaqının  məsuliyyəti olduğunu bildirir. Beləliklə də, Ukraynaya dəstəyin fərqli strukturu formalaşıb. Yeni administrasiya Ukraynaya silah tədarükündən imtina etmir. Lakin Vaşinqton bunu yeni qaydalar çərçivəsində edir. Belə ki, silahlar Avropa İttifaqına satılır və yalnız bundan sonra Ukraynaya tədarük olunur. Silahların tədarükündə məqsəd  Ukraynanın müqavimət gücünü artırmaqdır.

Müharibənin əvvəlindən bəri şimal qonşumuza qarşı Aİ tərəfindən 19 sanksiya paketi təsdiqlənib. Bundan əvvəlki 19-cu sanksiyalar paketində yer alan mühüm məsələlər sırasına 2027-ci ilin yanvarından etibarən Rusiya maye qazının Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və banklara qarşı tədbirlər daxildir. Avropanın əsas hədəfi Kremlin istənilən gəlir mənbəyini sanksiyalara məruz qoymaqdır. Qərb sanksiyaların Rusiyanın dövlət maliyyəsinə və iqtisadi artımına əhəmiyyətli təsir göstərdiyini bildirir. Bu paket  Rusiyanın silah istehsalı üçün lazım olan texnologiyalara və kritik resurslara çıxışını da məhdudlaşdırmağa hesablanıb. Paketdə bir çox yeni məhdudiyyətlər yer alıb. Bunların arasında Rusiyanın iri neft şirkətlərinə və onların treyderlərinə qarşı sanksiyalar, üçüncü ölkə şirkətlərinə ikinci dərəcəli sanksiyaların genişləndirilməsi, qiymət hədləri və çatdırılma üzərində nəzarət, banklara və enerji şirkətlərinə qarşı yeni məhdudiyyətlər, kriptovalyutalara nəzarətin gücləndirilməsi, idxal qadağalarının və tariflərinin genişləndirilməsi, Rusiya neft və qazını alan ölkələr üçün mümkün məhdudiyyətlər və bu kimi bir çox məsələlər yer alır. Bundan başqa, Avropa texnologiyaları, o cümlədən Rusiya müdafiə sənayesi üçün komponentlər üzrə ixrac nəzarətinin gücləndirilməsi, lisenziyalaşdırılmalı olan ikili təyinatlı malların siyahısının genişləndirilməsi, sanksiyaların icrasına nəzarət üçün ümumavropa mexanizminin yaradılması və pozuntular haqqında daha sıx məlumat mübadiləsi də bəhs olunan paketə daxil edilib.

Yeni sanksiyalar paketinin anonsu

Sayca 19-cu sanksiyalar paketinin təsdiqi ilə paralel şəkildə 20-ci sanksiyalar paketinin də anonsu verilib. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ ölkələri Rusiyaya iqtisadi təzyiqi davam etdirmək məqsədilə ölkəyə qarşı artıq 20-ci sanksiya paketinin tətbiqi ideyasını dəstəkləyib.

Onun sözlərinə görə, Aİ Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Ukraynaya maliyyə və enerji yardımının təqdim edilməsini sürətləndirmək niyyətindədir. “Rusiyanın əlindən aldığımız hər avro onun müharibəyə xərcləyə bilməyəcəyi avrodur”, - deyə o vurğulayıb və əlavə edib ki, üzv dövlətlər artıq 20-ci sanksiya paketi ideyasını dəstəkləyib, bu, növbəti addım olacaq. Ali nümayəndə həmçinin bildirib ki, nazirlər ABŞ Prezidenti Donald Trampın müvafiq çağırışını dəstəkləyərək Rusiyadan neft və qaz alışını dayandırmağa razılıq veriblər.

Dondurulmuş Rusiya aktivlərindən istifadə gündəmdə

Dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün istifadə edilməsi də gündəmdə olan məsələlər sırasındadır. Kallas təsdiq edib ki, Aİ Ukraynanın təcili müdafiə ehtiyaclarının qarşılanması üçün Rusiyanın dondurulmuş aktivlərini səfərbər etməyə hazırlaşır. Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən müsadirə yolu ilə deyil, Ukraynaya 140 milyard avroya qədər faizsiz kreditlər mənbəyi kimi istifadə edilmək planını açıqlayıb. Bundan əlavə, Aİ Rusiyanın yeni hücumlarına məruz qalan Ukraynanın enerji infrastrukturunun müdafiəsi üçün əlavə tədbirlər təklif etmək niyyətindədir. İttifaq Ukraynaya qaz tədarükünü artırmağı və zədələnmiş obyektlərin təmirinə kömək etməyi planlaşdırır.

ABŞ bu məsələdə fərqli yanaşma sərgiləyir. Donalq Tramp bir qədər bundan əvvəl dondurlmuş Rusiya aktivləri ilə bağlı müzakirələrə qatılmadığını bəyan etmişdi. Bu günlərdə isə Ağ Evdən fərqli açıqlama gəlib. Verilən məluumata görə, 2026-2028-ci illər ərzində ABŞ hökuməti dondurulmuş Rusiya aktivlərindən 2,5 milyard dolları müsadirə edə bilər. Hazırda federal hökumətin bu qərarı verməsi ehtimalı 50 faiz olaraq qiymətləndirilir.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri