Rusiyada 70 mindən çox hindistanlı işləyir
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada hindistanlı işçilərin sayı 70 mini keçib. Bu rəqəm gələcəkdə daha da artacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiyanın Hindistandakı səfiri Denis Alipov bildirib.
"Müxtəlif mənbələrə görə, hazırda Rusiyada 70 mindən çox hindistanlı çalışır. Hesab edirəm ki, biznes ictimaiyyətinin qarşılıqlı marağı artdıqca və əldə edilən razılaşmalar həyata keçirildikcə bu rəqəm artacaq. Daha dərindən baxdıqda, bu proses insanlar arasında daha intensiv təmaslara və dolayısı ilə humanitar, kommersiya əlaqələrinin genişlənməsinə səbəb olacaq", - deyə o bildirib.
Rusiya diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Hindistanla dialoqda əmək mobilliyinə getdikcə daha çox diqqət yetirilir. O əlavə edib ki, bu prosesin şəffaf və tənzimlənmiş, eləcə də milli qanunvericiliyə uyğun olmasını təmin etmək üçün tənzimləyici çərçivənin hazırlanması tələb olunur.
Anar
Bu mövzuda digər xəbərlər:Rusiyada 200 mindən çox borclu axtarışdadır
03 Yanvar 2026 12:15
Ataları Rusiyada işləyir... Foto
02 Fevral 2026 10:34
Rusiyada Dolina effekti əksinə işləyir
04 Dekabr 2025 07:57
COP29da 70 mindən çox nümayəndə qeydiyyatdan keçib
12 Noyabr 2024 10:01
Rusiyada 95 mindən çox qeyri qanuni miqrant müəyyən edildi
11 Fevral 2025 16:44
Baxış sayı:74
Bu xəbər 09 Fevral 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















