Rusiyada azərbaycanlılar saxlanılıblar: 1.7 milyon manatlıq mallar müsadirə edildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiyada cinayətkar qruplaşma aşkar edilib, Azərbaycan vətəndaşı olan altı nəfər saxlanılıb. Mütəşəkkil cinayətkar qruplaşma uzun müddət markalanmamış tütün və spirtli içkilərin satışı ilə məşğul olub".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından TASS-a xəbər verilib.
"Saxta məhsullar Tver şəhərində və vilayətin bir neçə rayonunda satılıb", - deyə agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməliyyatı Tverdə Komintern küçəsi və Tsanov bulvarındakı anbarlarda keçirilib. 100 milyon rubl (1,7 milyon manat) dəyərində məhsul müsadirə edilib. Müsadirə edilənlər arasında araq, viski, konyak, tekila qutuları var.
Bildirilir ki, saxta məhsulların satışı ilə bağlı cinayət işi açılıb. Müsadirə edilmiş məhsulların vətəndaşların sağlamlığına zərər dərəcəsi müəyyənləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















