Rusiyada benzin qıtlığı dərinləşir:
Icma.az bildirir, Azpost portalına istinadən.
Rusiyada avtomobil sürücüləri son günlər yanacaq böhranının ikinci dalğası ilə üzləşiblər. Ölkə üzrə yanacaqdoldurma məntəqələrinin yalnız 28,1 faizində benzin mövcuddur.
“İzvestiya” monitorinq məlumatlarına istinadən xəbər verir ki, avqustun 16-na olan vəziyyətə görə Rusiyanın bütün ərazisində yanacaq 28,1% yanacaqdoldurma məntəqəsində olub. Halbuki bir həftə əvvəl bu göstərici 41 faiz təşkil edirdi.
Məlumata görə, benzin və dizel yanacağının mövcudluğu Volqoqrad, Çelyabinsk, Orenburq, Voronej, Samara, Penza, Saratov, Lipetsk və Rostov vilayətlərində, eləcə də Tatarıstanda azalıb.
Rusiyada yanacaqdoldurma məntəqələrinin qarşısında ilk uzun növbələr mayın sonunda yaranıb və təxminən bir ay yarım davam edib.
Mövcud vəziyyətə neft emalı zavodlarında aparılan planlaşdırılmamış təmir işləri və logistika problemləri təsir göstərir.
Məlumata görə, Rusiyada benzin istehsalının həcmi kifayət qədər yüksək olsa da, bəzi regionlara yanacağın çatdırılması çətinləşib.
Beləliklə, ölkədə problem yalnız yanacaq istehsalının həcmi ilə bağlı deyil. İstehsal, logistika və regionlar üzrə təchizatdakı problemlər yanacaqdoldurma məntəqələrində yanacağın qıtlığına səbəb olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 Avqust 2026 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















