Rusiyada benzin satışı avtomobillərin nömrə nişanına görə tənzimlənəcək
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Rusiyanın Oryol vilayətində yanacaq çatışmazlığı fonunda benzin satışının yeni qaydalarla həyata keçirilməsi müzakirə olunur.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, vilayət rəhbərliyi sakinlərin yanacaqdoldurma günlərinin avtomobillərin dövlət nömrə nişanlarına əsasən müəyyən edilməsini təklif edir.
Vilayətin qubernatoru Andrey Klıçkov bildirib ki, təklifə əsasən, şənbə günləri dövlət nömrə nişanı 0 və 1 rəqəmləri ilə başlayan avtomobillər, bazar günləri isə 2 və 3 rəqəmləri ilə başlayan avtomobillər yanacaq ala biləcəklər. Onun sözlərinə görə, hər avtomobil üçün satış limiti 50 litr təşkil edəcək.
Qubernator qeyd edib ki, yeni sistem vilayətdə fəaliyyət göstərən 57 “Rosneft” və “Qazprom” yanacaqdoldurma məntəqəsində tətbiq oluna bilər. Digər regionlarda qeydiyyatdan keçmiş avtomobillərin sürücüləri isə Oryolda yalnız üç xüsusi yanacaqdoldurma məntəqəsindən istifadə edə biləcəklər.
Klıçkov bildirib ki, əsas prioritet Oryol vilayətinin sakinlərinin yanacaqla təmin edilməsidir. Onun sözlərinə görə, təklif olunan mexanizm yanacaqdoldurma məntəqələrində yaranan növbələri azaltmağa və sürücülərin təxminən 1,5–2 həftəlik yanacaq ehtiyacını ödəməyə imkan verəcək.
Qubernator əlavə edib ki, bu təkliflər çərşənbə günü hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə yaradılmış qərargahda müzakirəyə çıxarılacaq və yekun qərar bundan sonra veriləcək.
Qeyd olunur ki, Oryol vilayətində iyunun 24-dən etibarən yanacaq satışına məhdudiyyətlər tətbiq olunub. Hazırda şəhər daxilində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində bir nəfərə maksimum 30 litr, magistral yollar üzərində yerləşən məntəqələrdə isə 50 litr benzin satılır.
Məlumata görə, Rusiyanın 40 regionunda tam və ya qismən yanacaq məhdudiyyətləri tətbiq edilib, daha 80 regionda isə yanacaq təminatında fasilələr müşahidə olunur. Rusiyanın baş nazirinin müavini Aleksandr Novak ölkədə yanacaq ehtiyatlarının kifayət qədər olduğunu bildirib. Onun sözlərinə görə, əhalinin təşviş içində daha çox yanacaq almağa çalışması nəticəsində tələbat 20–30 faiz artıb. Novak qeyd edib ki, hazırda logistika zənciri yenidən qurulur və bazarda tarazlığın bərpası müəyyən vaxt tələb edəcək.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Rusiyada lüks avtomobillərin satışı artıb
12 Dekabr 2025 12:43
Bir ölkədə benzin maşınların nömrə nişanına görə satılacaq
19 Mart 2026 18:29
Rusiyada benzin satışı qadağan edildi
25 İyul 2026 19:12
Rusiyada premium avtomobillərin satışı yeni rekorda imza atıb
23 Noyabr 2024 22:44
Əhaliyə benzin satışı tam dayandırıldı Rusiyada böhran dərinləşir
03 İyul 2026 15:05
Baxış sayı:175
Bu xəbər 30 İyun 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















