Icma.az
close
up
RU
Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

Rusiyada Çeçenistandan olan kişilər tanış olmaqdan imtina edən qızlara hücum ediblər

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Tver şəhərində saqqallı kişilər onlarla tanış olmaqdan imtina edən qızları mühasirəyə alaraq hücum ediblər.

Oxu.Az-ın "İntsident Tver" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə zərərçəkən qızların rəfiqəsi anonim şəkildə məlumat verib.

Onun sözlərinə görə, insident aprelin 24-nə keçən gecə Trexsvyatskaya küçəsində yerləşən "Çiken hauz" kafesində baş verib. Yerli sakin olan iki qız filmin son seansına gecikdikləri üçün kafeyə yemək yeməyə gəliblər. Kafedə onlara Çeçenistan Respublikasının vətəndaşları olan şəxslər yaxınlaşıblar və tanış olmaq istəyiblər. Qızlar tanışlıqdan imtina ediblər və "Rədd olun", - deyə onları qovublar. Lakin kişilər daha çox israr etməyə və sataşmağa başlayıblar.

"Təxminən səkkiz nəfərdən ibarət bütün kampaniya iki qızı mühasirəyə aldı. Gənc oğlanlardan biri qızlardan birinin sinəsindən vurdu, sonra isə onun koftasını cırdı. Təəssüf ki, digər qız da xəsarət alıb: ona da zərbə vurublar və paltarını zədələyiblər. Şikayət ərizəsi artıq yazılıb, müşahidə kameralarından videolar da var. Ümid edək ki, təqsirkarlar layiq olduqları cəzanı alacaqlar, eyni zamanda, onların qızları canavar sürüsü kimi mühasirəyə alıb saxlayan yoldaşları da", - deyə məlumat verən qadın bildirib.

O, həmçinin kafe işçilərini də heç bir tədbir görməməkdə günahlandırıb, qeyd edib ki, işçilər polisə zəng etmək əvəzinə zərərçəkənləri - "Problem lazım deyil", - deyərək kobud şəkildə küçəyə atıblar.

Şəhərin polis idarəsi hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Aprel 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri