Icma.az
close
up
RU
Azərbaycan boksçusu: Yazırdılar ki, legionerəm, Çeçenistandan gəlmişəm MÜSAHİBƏ

Azərbaycan boksçusu: Yazırdılar ki, legionerəm, Çeçenistandan gəlmişəm MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstandakı Dünya Kubokunda bürünc medal qazanan Azərbaycan milli komandasının boksçusu və kapitanı Məhəmməd Abdullayevin Teleqraf-a müsahibəsi

- Dünya Kubokunda qızıl medal qazanmağınıza nə mane oldu?

- Yeni yaradılan Dünya Boksu (World Boxing - red.) təşkilatının ilk turnirinə qatılmışdıq. Çox güclü yarış idi. Dünyanın hər yerindən boksçular var idi, deyərdim ki, yarış dünya çempionatı səviyyəsində təşkil olunmuşdu. Uşaqların hamısı yaxşı döyüşdü. Özüm yarışa getdiyim gün xəstələnmişdim, səhhətim yaxşı deyildim. Bir az zəifləmişdim. Amma döyüşlərimi keçirdim, səhhətim mənə problem olmadı.

- Komandanın kapitanı olaraq digər boksçuların çıxışı barədə nə deyə bilərsiniz?

- Üç bürünc qazandıq, amma bunu qızıl da edə bilərdik. Sadəcə, ilk dəfə idi yarışırdıq deyə hakimləri də tanımırdıq. Tanımadığım hakim rinqdə idi, nə etmək istədiyini tuta bilmirdik (gülür - red.). Döyüşü saxlayıb mənə xəbərdarlıqlar edirdi. İndiyənə kimi xəbərdarlıq almamışdım. Hakimlər bir az xam idilər. Bizi də tanımırdılar. Məncə, növbəti turnirdə "bürünc"ləri "qızıl"a çevirə biləcəyik. Uşaqların hamısı yaxşı vuruşdu, orada pis döyüşən olmadı. Onlar əllərindən gələni etdilər, sonadək vuruşdular. Həm də ora tam komanda ilə getməmişdik. 2-3 boksçu bizimlə deyildi.

- Getməyənlərdən biri dünya çempionu, Avropa Oyunlarının qalibi və olimpiya mükafatçısı Alfonso Dominges idi. O, hazırda komandadadır?

- Deyəsən, komandadadır. Bu barədə məlumatım yoxdur, yalan deyərəm. Bizimlə məşq edir, amma yarışlara kimlərin gedəcəyini rəhbərlik və məşqçilər təyin edir. Dominges barədə daha dəqiq məlumatı rəhbərlik bilir.

- Artıq bir neçə baş məşqçinin rəhbərliyi altında çıxış etmisiniz. Yeni baş məşqçi Ravşan Xocayevin gəlişi nəyi dəyişdi?

- Hər bir baş məşqçinin özünə məxsus üslubu var. Hərəsi bir ölkədən idi. Kubalı Umberto Orta və Pedro Roke var idi, indiki özbəkistanlıdır. Özbəkistan boksu da hamıya məlumdur.Baş məşqçimizin özünəməxsus nizam-intizamı var. Yaxşıdır, heç birimizin narazılığı yoxdur. Hamımız ondan razıyıq.

- Hansı dildə ünsiyyət qurursunuz?

- Rusca danışırıq, amma özbək dili bizim dilə oxşardı. Bəzi sözləri başa düşürük.

- Paris-2024 Yay Olimpiya Oyunlarında Özbəkistan boksçuları uğurlu çıxış etdilər. Ümumilikdə bu idman növündə 5 qızıl medal qazandılar. 92 kq çəki dərəcəsində yarışan Azərbaycan təmsilçisi Alfonso Dominges də finalda özbəkistanlı Lazizbek Mullojonova yenildi. Onların nəticələri sizin üçün sürpriz oldumu?

- Tokio-2020 Yay Olimpiya Oyunlarında bir qızıl medalları olmuşdu. Bilmirəm nədir, işləyirlər də... Söhbət təkcə boksdan getmir, onlar hərtərəfli işləyirlər. 5 qızıl medal qazanmaq asan iş deyil. Təkcə boksda deyil, bütün idman növlərində inkişaf edirlər.

- Bir müddətdir Azərbaycan boksunda yuxarı çəki dərəcəsində idmançı qıtlığı var idi. Sizi də ilk zamanlar dağıstanlı olduğunuzu bilirdilər...

- Tokio-2020 olimpiadasında ilk qələbəmdən sonra yazırdılar ki, legionerəm, Çeçenistandan gəlmişəm (gülür - red). Dostlarım da yazırdılar ki, Məhəmmədin xəbəri var? Əslim Zaqataladandır. Düzdür, orada başqa millətlər - avar, saxur, inqloylar da yaşayır. Amma mən azərbaycanlıyam.

- Dünya və Avropa çempionatlarından medallarınız var, amma qızıl medal üçün elə bil nə isə çatışmır...

- Yeniyetmələr arasında Avropa və dünya çempionu, gənclər arasında Avropa çempionu olmuşam. Böyüklərə gəldikdə, müəyyən turnirlərin qalibi adını qazanmışam. Dünya çempionatında iki dəfə üçüncü olmuşam. Qatıldığım ikinci mundialın yarımfinalında qarşıma kubalı Fernando Arzola çıxdı, hakimlər məni sıxdılar, finala çıxmağa qoymadılar. Halbuki qızıl medal uğrunda döyüşə vəsiqə qazanmaq haqqım idi. Finala çıxsaydım, nəticəni bilmək olmazdı. Minsk-2023 II Avropa Oyunlarının finalında böyük britaniyalı Delişes Oriyə uduzaraq ikinci oldum. Bu da onunla əlaqədar idi ki, daha əvvəl dünya çempionatında çoxlu döyüş keçirmişdim. Oyunlar zamanı da ağır qarşılaşmalarım olduğundan, bədənim yorulmuşdu. Orada çempion da ola bilərdim, sadəcə, yükləndim. Məsələn, rəqibim dünya çempionatında da finalında vuruşmuşdu və daha sonra birbaşa Avropa Oyunlarına hazırlaşmışdı, rəqibləri də elə də güclü deyildi. Məndə isə güclü rəqiblər idi deyə artıq finalda bədənim tab gətirmədi. Gələcəkdə bunların hamısını "qızıl"a çevirmək istəyirəm.

- Elə bil bəzən bəxtiniz də gətirmir. Tokio-2020-də 1/8 finalda özbəkistanlı boksçu Bahodir Jalolova uduzmuşdunuz. Yekunda isə Jalolov olimpiya çempionu oldu. Sonradan onunla döyüşünüz oldu?

- Xeyr, sonradan yalnız təlim-məşq toplanışlarında görüşmüşük, rinqdə isə üz-üzə gəlməmişik.

- Bəs Paris-2024-də nə baş verdi?

- Əvvəllər udduğum almaniyalı Nelvi Tiafaka Fransa paytaxtında 1/8 finalda məğlub oldum. Polşada keçirilmiş 2023-cü il III Avropa Oyunlarının yarımfinalında Tiafakı üstələyək, olimpiadaya lisenziya qazanmışdım. Paris-2024-dən iki həftə əvvəl isə onunla sınaqçı rəqib kimi işləmişdim, rahat döyüşə bilirdim. Amma başa düşə bilmədim ki, olimpiadada nə oldu. Bilmirəm, olimpiadada nə isə oldu, getmədi. Sanki Paris-2024 mənə düşmədi.

- Hazırda heyətdə nəsildəyişmə prosesi getdiyi üçün sizə bütün böyük yarışlarda əsas medal ümidi kimi yanaşırlar. Bu fikirlə razınız?

- Bəli, mənə əsas medal ümidi kimi yanaşılır. Amma heyətdə ciddi dəyişiklik olmayıb. Cavanlar da gəlib, yaxşı uşaqlardırlar, yenə də gəlməkdədirlər. Məndən də yaxşısı gələcək, hər şey mümkündür.

- Dünyada yeni boks təşkilatının yaranması barədə nə deyə bilərsiniz? Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında da boks yarışlarını Dünya Boksu təşkilatı keçirəcək. Bu parçalanmanın boksçulara təsiri varmı?

- Psixoloji olaraq heç bir problem yaratmır. Rinqdir, lazım gəlsə, hər iki təşkilatın yarışlarında vuruşacağıq. Problemlər hakimlərə görə ola bilər. Eləsi var təzədir deyə, tanımırıq.

- Ən azından bu təşkilatı digərindən daha ciddi qəbul edirlər?

- Yeni yaradılsa da, olimpiadaya vəsiqəni bu təşkilat verir. Bir az söz-söhbətlər oldu, IBA-nın (Beynəlxalq Boks Assoisiasiyası - red.) prezidenti Rusiyayadan olan Umar Kremlyovdur. Ona görə belə alındı. Çox da qarışmıram, bizim işimiz döyüşməkdir.

- Yaratdıqları şərait baxımından Azərbaycan Boks Federasiyasının indiki rəhbərliyi ilə əvvəlkini necə müqayisə edərdiniz?

- Hazırda şərait daha yaxşıdır. Bizim məşqlərimiz, maliyyəmiz hər şey qaydasındadır. Hər şey daha düzgün, qrafikə uyğun gedir. Xaricdə də, ölkə daxilində də təlim-məşq toplanışlarımız olur. Daimi hazırlıq proseslərindəyik. Qidalanmamıza qədər hər şey yaxşıdır, vaxtlı-vaxtındadır.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 İyul 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri