Icma.az
close
up
RU
Rusiyada cəmiyyətin elə bir müqavimət imkanı yoxdur ki, hakimiyyətin müharibə aparmasına mane olsun, dayan desin

Rusiyada cəmiyyətin elə bir müqavimət imkanı yoxdur ki, hakimiyyətin müharibə aparmasına mane olsun, dayan desin

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ-ın vitse-prezidenti J.D.Vens Fox News-a müsahibəsində bildirib ki, son həftələr Rusiya Ukrayna ilə ikitərəfli görüşlərdən və Ukrayna ilə ABŞ arasında üçtərəfli görüşlərdən imtina edib. "Biz sülhə sadiq qalırıq, lakin tanqoya iki nəfər lazımdır" deyə Vens bildirib. Vitse-prezident ümid edirb ki, Rusiya münaqişənin sona çatması istiqamətində addımlar atmaqla “oyanacaq və reallığı qəbul edəcək”.

ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşə ümid etdiyini bildirib. Rusiya prezidenti Vladimir Putin Ukrayna tərəfi ilə əlaqə saxlamağa hazır olduğunu təsdiqləsə də, bunda az əhəmiyyət kəsb etdiyini bildirib. Rusiya prezidentinin sözlərinə görə, əsas məsələlərdə Ukrayna ilə razılığa gəlmək mümkün olmayacaq.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vensin bu açıqlaması əslində gerçəkliyin inikasıdır: “Tramp Alyaska görüşündən sonra bəyan etmişdi ki, Zelenski ilə görüşəcək, ardınca üçtərəfli görüş olacaq. Amma Rusiya tərəfi müxtəlif bəhanələrlə bu görüşdən yayındı. Xüsusilə, Ukrayna görüşü üçün öncə hazırlıqların olmasını müxtəlif səviyyələrdə bəyan etdilər və Rusiya Ukrayna ilə görüşdən əslində imtina etdi”.

Əli Mustafa

“İndi bunu amerikalı rəsmilərin dilindən belə açıq deyilməsi, yəni ehtimalların dəqiq ifadə olunması onu deməyə əsas verir ki, amerikanlar münaqişənin həllində Rusiya-Ukrayna savaşının dayandırılmasında təşəbbüslərinin uğur qazanmadığını bildirirlər. Trampın da qeyd etdiyi kimi, onlar düşünürdülər ki, çox asan olacaq. Amma belə deyil, əksinə olduqca çətindir.

Rusiya müxtəlif bəhanələrlə amerikalıların bu barışdırma istəyinə qarşı çıxır və görüşlərin də baş tutması bu baxımdan reallaşmır.

Bu açıqlama ilə Amerika tərəfi də əslində Rusiyanın barışa hazır olmadığını deyir. Bu bir formada yəqin ki, Rusiya cəmiyyətinə də bir mesajdır. Həm daxilə, həm də beynəlxalq ictimaiyyətə mesajdır ki, Rusiya barışmaq istəmir, nə Ukrayna, nə də ABŞ-la görüşmək istəmir.

Düzdür, başqa açıqlamalar da var. Məsələn; Belarus prezidenti bəyan edir ki, “biz üçümüz görüşməli idik”. Amma anlaşılan odur ki, bütün hallarda Rusiya ikitərəfli və üçtərəfli görüşlərə isti baxmır. Bu da əlbəttə, həm daxili, həm də xarici auditoriyaya onu deməyə onu deyir ki, Rusiya sülh istəmir”-deyə politoloq bildirib.

Əli Mustafanın fikrincə, bu gün Rusiya daxilində cəmiyyətin elə bir müqavimət imkanı yoxdur ki, hakimiyyətə mane olsun, ona "dayan" desin: “Rus cəmiyyəti də müharibəni bir formada istəmir. Amma müharibəyə mane olmaq iqtidarında deyil, bunu ifadə etmək imkanına sahib deyil. Artıq mütəşəkkil siyasi güc yoxdur. Heç müxalifət də yoxdur ki, buna yox desin”.

Politoloq hesab edir ki, mövcud ictimai-siyasi vəziyyət Amerika Birləşmiş Ştatlarının sülhyaratma təşəbbüslərinin niyə baş tutmadığını aydın göstərir.

“Trampın Nobel almaq istəyinin Rusiya tərəfindən necə məhdudlaşdırılmasına işarə edən açıqlamalar verilir. Ümumiyyətlə, amerikanlar, sanki Rusiyanın beynəlxalq münasibətlər sistemində düz oynamadığını, doğru addımlar atmadığını və bu səbəbdən də, onların Ukraynaya dəstəklərinin artırılmasının vacibliyini əsaslandırırlar. İctimai rəyə bu fikri ötürürlər. "Rusiya sülh istəmədiyinə görə biz artıq onu sülhə məcbur etmək üçün Ukraynanı dəstəkləməyə məcburuq. Baxmayaraq ki, biz bunu istəmirdik. Biz Baydendən fərqli olaraq neytral qalmaq istəyirdik. Təəssüf ki, Rusiya buna fürsət vermir və biz də məcburuq ki, Ukraynanı dəstəkləyək ki, bəlkə Ukrayna müqaviməti ilə Rusiyanı dayandıra bilsin" düşüncəsi beynəlxalq ictimaiyyətə çatdırılır”-deyə Əli Mustafa bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Oktyabr 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri