Rusiyada çıxış edən həmyerlimiz milli komandamızın növbəti toplanışına dəvət edilə bilər
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA “SKA-Xabarovsk”da çıxış edən İslam İmamovu milliyə cəlb etməkdə israrlıdır.
Sportal.az saytına verilən məlumata görə, millinin məşqçilər korpusu Rusiyada çıxış edən həmyerlimizi izləyəcək.
Belə ki, onun performansı məşqçilər korpusunu razı salacağı təqdirdə, İmamov milliyə cəlb olunacaq.
24 yaşlı qolkiper hətta klub karyerasına da Azərbaycanda oynamağa hazırdır. İmamov “İjorets-İnkon”, “Legion Dinamo”, “Zvezda”, “Kuban Holdinq”in qapısını qoruduqdan sonra 2022-ci ildə “SKA-Xabarovsk”a keçib və klubla müqaviləsi mövsümün sonuna qədərdir.
Onun mövsümün sonunda “SKA-Xabarovsk”dan ayrılaraq Premyer Liqa klublarımızdan birinə keçəcəyi də gözlənilir.
Əlavə edək ki, Azərbaycan milli komandasının növbəti toplanışının mart ayında təşkil olunacağı ehtimal edilir. Belə ki, həmin vaxtı Bakıda “FIFA series” turniri baş tutacaq.
Milli komandamızın həmin turnirdəki rəqibləri də artıq müəyyənləşib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin rəqibləri Oman, Syerra Leone və Sent Lusia olacaq.
Bütün oyunlar mart ayında paytaxtımızda baş tutacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Yanvar 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















