Icma.az
close
up
RU
Rusiyada digər xalqlara qarşı şovinist əhvali ruhiyyənin hökm sürməsi geniş yayılmış praktikadır ŞƏRH

Rusiyada digər xalqlara qarşı şovinist əhvali ruhiyyənin hökm sürməsi geniş yayılmış praktikadır ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 iyun, AZƏRTAC

Rusiyada digər xalqlara qarşı şovinist əhvali-ruhiyyənin, diskriminasiyanın hökm sürməsi tarixin bütün mərhələlərində geniş yayılmış praktika olub. Rusiya daxilində milli ruhun qorunması üsulu kimi şovinizm, milli ayrı-seçkilik, irqi diskriminasiya və ksenofobiya siyasəti istifadə olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva söyləyib.

O bildirib ki, Rusiya hökumətinin dəstəklədiyi sosial, siyasi və mədəni sahələri əhatə edən, daxili radikalizm irqçilik, ksenofobiya və neonasizm elementləri təbliğ edən ifrat sağçı, millətçi və dini qruplar mövcuddur.

"Rusiya Daxili İşlər Nazirliyinin cinayət axtarışı sistemində etnik cinayətlərlə mübarizə üzrə xüsusi bölmə mövcuddur. Bu struktur 2010-cu ildə "Spartak" futbol komandası azarkeşi olan neofaşist gəncin öldürülməsindən sonra formalaşıb. Onun formalaşmasında radikal və neofaşist ideologiyalı gənclər təşkilatları üzvlərindən geniş istifadə olunub. Moskva İnsan Haqları Bürosunun araşdırmasına görə, Rusiyada skinhedlərin sayı 50 minə yaxındır. ABŞ və Avropa da daxil olmaqla dünyanın qalan hissəsində isə onların sayı 70 mini keçmir.

2023-cü ildə milliyyətçi radikalların qeyri-ruslara qarşı 124 hücumu qeydə alınıb ki, bunlardan 3-ü qətl ilə nəticələnib. Ötən il ildə isə radikal qrupların 259 hücumu qeydə alınıb.

Dövlət Dumasında 2000-2010-cu illərdə küçələrdəki radikal və ekstremist gənclər təşkilatında fəal, funksioner və təşkilatçı qismində adı keçmiş 30-dan çox deputat təmsil olunur. Dövlət aparatında isə saysız-hesabsız məmurlar arasında 2000-2010-cu illərdə küçələrdəki radikal və ekstremist gənclər təşkilatı ilə bağlı olmuş şəxslər var.

Təəccüblü deyil ki, Rusiya dövlət duması, rəsmiləri və dövlət mediasının ksenofobik ritorikası, cəmiyyətin ümumi militarist qərəzi təkcə Rusiyanı deyil, həm də postsovet ölkələrinin siyasi gündəmini əhatə edir. Yekaterinburqda soydaşlarımıza qarşı təşkil olunmuş mütəşəkkil repressiyalar da bu qəbildəndir",- deyə Y. Hacıyeva əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 İyun 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri