Icma.az
close
up
RU
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri ruslara qarşı sistemli təzyiqlər

Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri ruslara qarşı sistemli təzyiqlər

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Son dövrlər Rusiyada baş verən hadisələr bu ölkədə şovinizm, diskriminasiya və milli ayrı-seçkiliyin ən üst səviyyəsində təşviq olunduğunu açıq şəkildə göstərir. Xüsusilə Yekaterinburqda yaşanan hadisələr sübut edir ki, proses təsadüfi deyil – bu, məqsədli şəkildə yönəldilən siyasətin nəticəsidir.

Müharibədə canlı qüvvə problemi yaşayan Kreml rəhbərliyi miqrantları döyüşə cəlb etmək üçün müxtəlif qeyri-insani vasitələrə əl atır. Narkotiklərlə, uydurma cinayətlərlə, ailə üzvlərinin taleyi ilə təhdid olunan miqrantlar məcburən razılıq verir. Müharibəyə göndərilənlər aldadılır, vəd olunan kompensasiyalar verilmir, geri döndükdən sonra isə yenidən təzyiqlərə məruz qalaraq cəbhəyə göndərilirlər.

Bu siyasətin hədəfi yalnız miqrantlar deyil. Eyni zamanda, milli mənsubiyyətinə görə Rusiya vətəndaşı olan qeyri-ruslar da təqib və ayrı-seçkiliklərdən yan keçə bilmir. Bu hallar artıq lokal xarakter daşımır – ölkənin müxtəlif bölgələrində oxşar hadisələr yaşanır. Bəzi yüksək vəzifəli şəxslər isə bu siyasəti icra etməklə özlərini qəhrəman kimi göstərməyə çalışırlar.

Bu reallığı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin verdiyi açıqlamalar və statistik rəqəmlər də təsdiqləyir – onun etirafları arxasında acı həqiqətlər dayanır.

Digər tərəfdən, Azərbaycan ictimaiyyəti hələ də mülki təyyarəsinin vurulması ilə bağlı Rusiyanın səssizliyini qəbul edə bilmir. Bu məsələ beynəlxalq tribunalara daşınacaq, ədalətin bərpası, təqsirkarların cəzalandırılması və kompensasiyaların ödənilməsi üçün bütün hüquqi addımlar atılacaq.

Son zamanlar Azərbaycan-Rusiya münasibətlərində yaşanan digər neqativ nümunələr də diqqətçəkicidir. Məsələn, Həştərxanda keçirilən tədbirə dəvət almış Azərbaycan deputatının Rusiya ərazisinə buraxılmaması, bu ölkənin Bakıya qarşı mənfi münasibətini ortaya qoyur. Eyni zamanda, Azərbaycanın media resurslarına qarşı təşkil olunan kiberhücumların arxasında Rusiyanın dayandığına dair Milli Məclisin müvafiq komissiyasının rəsmi hesabatı da bunu təsdiqləyir.

Rusiyada uzun illərdir davam edən digər xalqlara qarşı dözümsüzlük və şovinist davranışlar artıq müsəlmanlara qarşı açıq təzyiqlərlə davam etdirilir. Bu isə ölkədə islamofobiyanın dövlət siyasətinə çevrildiyini göstərir.

Kremlə yaxın olan Solovyov kimi fiqurların açıq-aşkar anti-Azərbaycan çıxışları, həmçinin hadisələrin ardıcıllığı bu siyasətin mərkəzdən idarə olunduğuna dair ciddi şübhə doğurmur – bu, artıq aydın bir gerçəklikdir.

Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkilik və islamofobiya getdikcə dərinləşir. Qərblə münasibətlərdə bütün cəbhələrdə uğursuzluğa düçar olan, Ukrayna müharibəsindən çıxış yolu tapa bilməyən Moskva, indi də daxildə və regionda "yeni düşmən” axtarışına çıxıb.

Bu çərçivədə Ermənistandakı revanşist qüvvələrin fəallaşması – Koçaryan, Sarkisyan və Rusiya tərəfindən yönəldilən digər şəxslərin yenidən yüksək səslə danışmağa başlaması – Kremlin Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək planının tərkib hissəsidir.

Fərid Şahbazlı,

Siyasi şərhçi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 İyun 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri