Icma.az
close
up
RU
Rusiyada qeyri rus xalqlara qarşı şovinist siyasət yürüdülür Deputat

Rusiyada qeyri rus xalqlara qarşı şovinist siyasət yürüdülür Deputat

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində iki azərbaycanlının - Səfərov qardaşlarının qəddarcasına qətlə yetirilməsi cəmiyyətdə ciddi narahatlıq doğurub.
Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a açıqlamasında hadisəni anti-insani və hüquq normalarına zidd hərəkət kimi qiymətləndirib. Deputat baş verənləri Rusiyanın anti-müsəlman və şovinist siyasətinin nəticəsi adlandırıb və beynəlxalq ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırıb.

Onun sözlərinə görə, bu, heç bir hüquq normalarına sığmır və Rusiyanın anti-müsəlman siyasətinin bir ifadəsidir.

“Çünki hər hansı əmələ görə insan məhkəmə qarşısına çıxarılmalı, onun hərəkətləri araşdırılmalı və lazım olan hüquqi qiymət verilməlidir. Ancaq Rusiya tərəfi bütün bu hüquqi prosedurları ciddi şəkildə pozub və azərbaycanlılara qarşı öz çirkin şovinist siyasətini həyata keçirib.
Əlbəttə ki, bu bağışlanılmazdır, çünki bu, Rusiyanın ilk belə hərəkəti deyil. Son illərdə azərbaycanlılara, digər qeyri-rus xalqlara qarşı Rusiyada çox ciddi və yanlış siyasət həyata keçirilir”.
Deputat həmçinin vurğulayıb ki, bu hərəkətlər beynəlxalq və ümumbəşəri dəyərlərə tamamilə ziddir:

“Azərbaycanlılara və ümumiyyətlə müsəlman xalqlara qarşı törədilən vəhşi hərəkətlər, əlbəttə ki, Rusiyanın dünyada azalan nüfuzuna qarşı nifrəti daha da artırır və onun beynəlxalq aləmdə təcridini sürətləndirir. Bu gün Rusiya hakimiyyəti imperialist siyasət yürüdür. İki nəfər – Azərbaycanlı Səfərov qardaşlarının qəddarcasına qətlə yetirilməsi, çoxsaylı insanların yaralanması və onların həbs olunması bunu aydın şəkildə göstərir”.

T.Rzayev onu da diqqətə çatdırıb ki, Səfərov qardaşları ağdamlı olsalar da, bir müddət qaçqın kimi Ağcabədi ərazisində məskunlaşıblar:

“Səfərov qardaşları Ağcabədidə uzun illər yaşayıblar və həmin illərdə onların bir neçə ailə üzvü Ağcabədidəki qəbiristanlıqlarda dəfn olunublar. Məhz buna görə də mərhum qardaşlar Ağcabədidə torpağa tapşırılıb”.

Tahir Rzayev əlavə olaraq bildirib ki, dəfn mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər:

“Sözsüz ki, hər bir soydaşımıza qarşı törədilən bu çirkin əməl bizim qəlbimizdə dərin yara açır və bu, unudulmayacaq.
Rusiya ərazisində azərbaycanlılara və digər etnik xalqlara qarşı törədilən bu repressiyalar tarix üçün qara bir ləkədir. Rusiya Federasiyası başda ölkə rəhbərliyi olmaqla, bu barədə ciddi düşünməli və müvafiq ölçülər götürülməlidir”.
 

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri