Rusiyada Dövlət Duması deputatı Əsədə vətəndaşlıq verilməsini təklif etdi
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
"Suriyanın keçmiş lideri Bəşər Əsədə Rusiya Federasiyası vətəndaşlığı verilməlidir".
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev “Paraqraf” internet nəşrinə bildirib.
Deputat qeyd edib ki, ildə yeddi yüz minə yaxın insan Rusiya pasportu alır və onların böyük əksəriyyəti heç də görkəmli insanlar deyil. Juravlev vurğulayıb ki, Rusiya bütün müttəfiqlərinə, hətta məğlub olanlara da humanist yanaşır və bu ABŞ-dan əsaslı şəkildə fərqlənir.
Deputatın fikrincə, əgər Ukraynanın eks-prezidenti Viktor Yanukoviç Rusiya Federasiyasının vətəndaşı ola bilibsə, o zaman ona qarşı indiki bütün mənfi münasibətə baxmayaraq, onun üçün kifayət qədər böyük işlər görmüş Əsədə də vətəndaşlıq verilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 10 Dekabr 2024 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















