Icma.az
close
up
RU
Rusiyada dünəndən həyat dəyişib

Rusiyada dünəndən həyat dəyişib

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Oktyabr ayından etibarən Rusiyada qanunvericiliyə həm fiziki və hüquqi şəxslərə birbaşa təsir edəcək  dəyişikliklər qüvvəyə minib. 

"Cebheinfo.az" xəbər verir ki, ən diqqətçəkən yeniliklərdən biri kiçik və orta sahibkarlıq subyektləri  ilə sərbəst çalışanlara veriləcək kredit tətili hüququdur. 

Kredit tətili: 

1 oktyabrdan etibarən bu kateqoriyaya aid olanlar 6 aya qədər kredit ödənişlərini təxirə sala biləcəklər. Lakin müraciətin qəbul olunması üçün son 30 gün ərzində ödənilməmiş borcun olmaması şərtdir. Kredit tətili yalnız 1 mart 2024-dən sonra götürülmüş kreditlərə şamil ediləcək. 

Mikro bizneslər üçün limit 60 milyon rubl, kiçik bizneslər üçün 400 milyon rubl,  orta bizneslər üçün 1 milyard rubl, fərdi sahibkarlar və sərbəst çalışanlar üçün 10 milyon rubl olacaq. Banklar 15 iş günü ərzində cavab verməlidirlər. 30 gün ərzində cavab verilməzsə, müraciət avtomatik təsdiqlənmiş sayılacaq. 

Əmanətçilər üçün dəyişikliklər: 

30 oktyabrdan etibarən uzunmüddətli bank əmanətləri üçün sığorta məbləği 1,4 milyon rubldan 2,8 milyon rubla yüksəldilir. Beləliklə, əmanətçilər 4,2 milyon rubla qədər qorunma əldə edə biləcəklər. Bu əmanətlər vaxtından əvvəl geri çəkilə bilməyəcək, yalnız üçüncü şəxslərə ötürülə biləcək. Mütəxəssislər bu addımın bankların likvidlik idarəsini asanlaşdıracağını və daha yüksək faiz dərəcələri təklif etməyə imkan verəcəyini bildirirlər. 

Vergi güzəştləri: 

1 oktyabrdan bəzi məhsul və xidmətlərə ƏDV sıfırlanır. Bunlara müəyyən tibbi cihazlar, ekzo-protez implantları və mülki məqsədli yüngül pilotsuz uçuş aparatları daxildir. 

Restoran və iaşə sektoru: 

Bu sahədə ƏDV-siz gəlir limiti 2 milyard rubldan 3 milyard rubla qaldırılır. Bu addımın turizm və qonaqlama ilə əlaqəli sahələrdə fəaliyyət göstərən kiçik bizneslərə dəstək olacağı gözlənilir. Mütəxəssislər bu dəyişikliklərin şirkətlərin dağılma riskini azalda biləcəyini və investisiyaların yolunu aça biləcəyini vurğulayırlar. 

Bankçılıqda fırıldaqçılığa qarşı tədbirlər: Böyük bankların mobil tətbiqlərində şübhəli əməliyyatlarla bağlı birbaşa şikayət vermək mümkün olacaq. Maliyyə bazarında şəffaflığı artırmaq üçün şirkətlərin maliyyə hesabatları, məhkəmə prosesləri və rəhbərliklə bağlı məlumatlar “insider informasiya” kateqoriyasına daxil edilir. Bu addımlar həm investorların etibarını artıracaq, həm də vətəndaşlara hüquqi və maliyyə baxımından daha güclü qoruma təmin edəcək. 

Məhsulların məcburi işarələnməsi: 

1 oktyabrdan etibarən idman qidaları, bəzi kosmetik məhsullar, ev təmizliyi vasitələri və tikinti qarışıqları da məcburi işarələnməyə daxil edilir. Məqsəd saxta və keyfiyyətsiz məhsulların bazardan çıxarılmasıdır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see381

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see296

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see294

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see282

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see270

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see269

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see259

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see249

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see246

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see245

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see239

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see232

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see230

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see229

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see222

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see220

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see217

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see213

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see209

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri