Icma.az
close
up
RU
Rusiyada əri hərbi əməliyyatda ölən qadınına qarşı təzyiq FOTO

Rusiyada əri hərbi əməliyyatda ölən qadınına qarşı təzyiq FOTO

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Leninqrad vilayətində “Xüsusi Hərbi Əməliyyat” (SVO) iştirakçısının dul qadınına qarşı təzyiq...

Moderator.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətinin Sosnovı Bor şəhərində yaşayan Olqa Şuşakova həyat yoldaşının qəbrinin vəziyyəti və memorial stendin keyfiyyəti ilə bağlı şikayətlərinə görə polisə çağırılıb.

Məlumata görə, Şuşakova dəfələrlə vilayətin qubernatoru Aleksandr Drozdenkonun “Telegram” paylaşımlarında ərinin dəfn olunduğu Voronka-2 qəbiristanlığının bərbad vəziyyətdə olduğunu yazıb. O, həmçinin vəd edilən xatirə lövhələrinin hələ də quraşdırılmadığını bildirib.

Qadının sözlərinə görə, Sosnovı Bor administrasiyasında gördüyü memorial stend də narazılıq doğurub. O, stendi “bərbad” adlandıraraq orada əslində həlak olmuş “Xüsusi Hərbi Əməliyyat”çıların daha azının adının qeyd edildiyini vurğulayıb.

Şuşakovanın həyat yoldaşı Aleksandr Pronin yanvarda hərbi müqavilə bağlayaraq cəbhəyə yollanıb və mart ayında hücum dəstəsində həlak olub.

Şikayətlərdən sonra Sosnovı Bor administrasiyası rəhbərinin müavini Andrey Raxmatov polisə müraciət edərək qadının “SVO iştirakçılarının xatirəsini təhqir etməsi” və “dövlət sirrini açıqlaması” ilə bağlı tədbir görülməsini istəyib. Şuşakova bildirib ki, artıq evinə polis əməkdaşı gəlib və izahat vermək üçün şöbəyə dəvət edilib. (Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Sentyabr 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri