Icma.az
close
up
RU
Rusiyada hakimiyyət böhranı başladı

Rusiyada hakimiyyət böhranı başladı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyanın strateji bombardmançı hərbi hava qüvvələrinə endirdiyi zərbə ölkədə siyasi şok yaradıb. 

Rusiya silahlı qüvvələrinin gözləmədiyi yerdən hücuma məruz qalması ciddi itkilərə səbəb olub. Qeyd edək ki, yunun 1-də Ukrayna Təhlükəsilik Xidmətinə məxsus 117 dron yük avtomobilləri ilə Rusiyanın nüvə başlığı daşıyan strateji bombardmançı təyyarələrinin yerləşdiyi İrkustk və Murmansk vilayətlərindəki aerodromların yaxınlığına gətirilərək atəşə tutulub. 

UTX-nin sədri, general-leytenant Vasil Malyuk PUA zərbələri nəticəsində “A-50”, “Tu-95”, “Tu-22 M3” və “Tu-160” da daxil olmaqla 41 ədəd strateji bombardmançı təyyarənin məhv edildiyini bildirib. Malyukun sözlərinə görə, “Hörümçək toru” adlanan xüsusi əməliyyat eyni vaxtda üç saat qurşağında baş tutub və logistik baxımdan son dərəcə mürəkkəb olub. 

“Belə ki, UTX əvvəlcə Rusiyaya “FPV” PUA-ları, sonra isə mobil taxta evlər göndərib. Sonra Rusiya Federasiyasının ərazisində dronları evlərin damları altında gizlədib, yük maşınlarına qoyublar. Lazım olan anda evlərin damları uzaqdan açılıb və PUA-lar konkret hədəfləri - Rusiya bombardmançılarını vurmaq üçün havaya qalxdılar”, - deyə UTX-nin rəhbəri bildirib. 

PUA-lar eyni anda Rusiyanın Murmansk vilayətində yerləşən “Belaya”, İrkutsk vilayətindəki “Olenya”, Ryazandakı “Dyaqiyevo” və İvonova vilayətindəki “İvanovo” hərbi hava bazalarını hədəfə götürüb. UTX-nin rəisi bildirib ki, zərbələr nəticəsində Rusiya strateji qanadlı raket daşıyıcılarının 34 faizi məhv edilib. Rusiya tərəfinə 7 milyard dollar dəyərində ziyan dəyib. 

Bu hadisə Rusiyanın hava hücumu sahəsində üstünlüyünü ciddi zəiflətməklə yanaşı, kəşfiyyat orqanlarının da fəaliyyətində ciddi boşluqların olduğunu üzə çıxarıb. Əməliyyat Rusiya hakimiyyətinin Ukrayna üzərində qələbənin “bir addımlıq”da olması barədə təbliğat maşınını sıradan çıxarıb. Bütövlükdə ötən həftə Kurska səfər edən və Sumı vilayətini işğal etməklə Ukrayna ilə sərhəddədki bufer zonanı genişləndirəcəyini vəd edən Rusiya Prezidentinin siyasi nüfuzuna ciddi xələl gətirən olay baş verib. 

Ona görə də Vladimir Putin məsuliyyət daşıyan bəzi vəzifəli şəxslərin həbsi və işdən çıxarılması ilə bağlı göstəriş verəcək. Hətta vəzifəsi ilə vidalaşacaq şəxslər arasında Rusiya hökumətinin ən yüksək səlahiyyətli üzvlərinin də adlarının yer alacağı istisna olunmur. Artıq Rusiya “Telegram” kanalları müdafiə naziri Aleksey Belausovun tutduğu vəzifədən çıxarılması barədə məlumat yayıb. 

Bundan başqa, Murmansk vilayətinin qubernatoru Andrey Çibisin və İrkutsk vilayətinin qubernatoru İqor Kobzevin də istefalarının tələb olunduğu bildirilir. Bu xəbərlər hələlik öz təsdiqini tapmasa da, qapalı gedən hakimiyyətdaxili müzakirələrdə Putinin siyasi imicini təmizləmək üçün “qurban” veriləcək rəsmilərin adları çəkilməyə başlayıb. 

Çox güman ki, “Telegram” kanallarına məlumatlar da Kremlin siyasi kuluarlarından sızıb. Ümumiyyətlə, Ukraynanın son hücumu Rusiyada hakimiyyət böhranına təkan verib. Bu da öz növbəsində, elitadaxili ziddiyyətləri dərinləşdirə bilər. Müdafiə Sənayesi Kompleksini təmsil edən qüvvələr baş vermiş uğursuzluğa görə məsuliyyəti təhlükəsilik və kəşfiyyat strukturlarının üzərinə atmağa çalışacaq. 

Rusiya Müdafiə Nazirliyi ilə Federal Təhlükəsizlik Xidməti arasında ziddiyyətin olması əvvəldən məlum idi. Sergey Şoyqunun müdafiə naziri postundan getməsindən sonra qismən səngiyən bu gərginliyin yenidən artacağı gözlənilir. Generallar yaranmış fürsətdən istifadə edib korrupsiyaya qarşı mübarizə aparmaq üçün müdafiə naziri postuna gətirilmiş “arzuolunmaz iqtisadçı”nı vəzifəsindən kənarlaşdırmağa çalışacaqlar. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Hakimiyyət Ukrayna Təhlükəsizlik Xidməti Putin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri