Rusiyada helikopter qəzası: Mi28 ekipaj üzvləri ilə birlikdə tamamilə MƏHV OLDU
Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.
Rusiyanın Voronej vilayətində "Mi-28" hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.
Publika.az xəbər verir ki, bu barədə Voronejin "Moe" portalına İstintaq Komitəsinin hərbi İdarəsindən məlumat verilib.
“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyi bildirilir. Qəzanın səbəbləri məlum deyil”, - deyə məlumatda deyilir.
Qəzanın yanvarın 1-də baş verdiyi vurğuıanır. Sərt enişdən sonra yanğın "Mi-28"i tamamilə məhv edib. Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.
"Mi-28" helikopteri aktiv atəş müqaviməti şəraitində tankların və digər zirehli texnikanın, həmçinin aşağı sürətli hava hədəflərinin və düşmənin şəxsi heyətinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub".
Müstəqil “Astra” teleqram kanalı olayda göyərtədə olan hər iki ekipaj üzvünün öldüyünü açıqlayıb. Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 05 Yanvar 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















