Rusiyada “SSRİ vətəndaşları” qruplaşmasının üzvləri saxlanıldı
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada qadağan olunmuş “SSRİ vətəndaşları” təşkilatının fəaliyyətinə qarşı daha bir əməliyyat həyata keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kurgan şəhərində təşkilatın 7 üzvü saxlanılıb.
Onlardan biri 2019-cu ildə cinsiyyət dəyişdirmə əməliyyatı keçirmiş, hazırda hormonal terapiya alan şəxsdir. Daha iki nəfər barəsində isə ekstremist təşkilatın fəaliyyətini təşkil etmə maddəsi ilə cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, istintaq materiallarına əsasən, saxlanılan şəxslər 2022-ci ildən məhkəmənin təşkilatın ləğvi barədə qərarına baxmayaraq, fəaliyyətlərini davam etdiriblər. Onlar toplantılar keçirib, ideoloji təbliğat apararaq tərəfdarlarla “SSRİ-nin bərpası” planlarını müzakirə ediblər. Saxlanılanları 10 ilədək həbs cəzası gözləyir.
Eyni zamanda, Sankt-Peterburqda bu təşkilatın lideri barəsində də hökm çıxarılıb. Məhkəmə qadının onlayn konfranslar təşkil etməklə tərəfdarları arasında “SSRİ-nin bərpası” ideyalarını yaydığını, dövlət qurumlarına müraciətlər göndərdiyini və sosial şəbəkələrdə təşkilatın materiallarını paylaşdığını müəyyən edib. Qadın psixi xəstə elan edilərək cinayət məsuliyyətindən azad olunub və məcburi psixi müalicəyə göndərilib.


